27 Fevral 2017

“Green Conversation Club” layihəsi çərçivəsində növbəti görüş keçirilmişdir.

Gənclərin ekoloji məsələlərə cəlb edilməsi və onların ətraf mühitin mühafizəsinə töhfə vermələri, ekoloji problemlərlə mübarizəyə qoşulmaları naminə irimiqyaslı layihələr həyata keçirən IDEA İctimai Birliyi “Green Conversation Club” layihəsi çərçivəsində növbəti görüş keçirmişdir.

 

Görüş 24 fevral tarixində IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 30 nəfərə yaxın gəncin iştirakı ilə baş tutmuşdur.

 

Klubun bu dəfəki mövzusu inşaat tullantılarının təkraristifadəsi və təkrar emalı mövzusuna həsr olunmuşdur. Gənclər ətraf mühitin mühafizəsi naminə təbiət resurslarından qənaətlə istifadə və tullantıların idarə edilməsi ilə bağlı geniş müzakirələr aparmış, tullantıların azaldılması yolları haqda fikir mübadiləsi etmişlər.

 

ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi klubun xüsusi qonağı qismində çıxış edərək mövzu ilə bağlı təqdimat keçirmiş, öz fikir və təcrübələrini gənclərlə bölüşmüşdür.

 

Görüş gəncləri tullantıların azaldılması, çeşidlənməsi və təkrar emalı kimi prosesslərdə iştiraka təşviq etmək baxımından əlamətdar olmuşdur.

 

IDEA İctimai Birliyi “Green Conversation Club” layihəsinə gənc ekoloqların ətraf mühitlə bağlı biliklərini və onların xarici dil (ingilis dili) səviyyələrini təkmilləşdirmələri məqsədi ilə 2012-ci ilin iyun ayında start vermişdir. “Green Conversation Club” ilk gündən ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan tələbə və gənc mütəxəssislərin ingilis dilində söhbət etdiyi rahat tədris məkanı olmuşdur.

 

Həm ekoloji, həm də ingilis dili biliklərini eyni vaxtda inkişaf etdirmək istəyən gəncləri hər ay ətraf mühitlə bağlı müxtəlif mövzulara həsr ediləcək “Green Conversation Club”a qoşulmağa dəvət edirik. Klubun görüşləri barədə IDEA-nın internet resurslarında (www.ideacampaign.org, www.instagram.com/idea_campaignhttps://www.facebook.com/ideacampaign.org) mütəmadi olaraq məlumat veriləcəkdir. Qeydiyyat üçün: 497 63 16.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul