Tamamlanmış layihələr

“Hər kağızı bir yarpağa dəyişək"

Giriş

IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Respublika səviyyəsində kağız məmulatlarının toplanmasına həsr olunmuş “Hər kağızı bir yarpağa dəyişək” layihəsinə 18 mart tarixindən etibarən start verilmişdir.

Təsvir və Konsepsiya

Layihənin məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Digər tərəfdən, layihə ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təşviq etməyi hədəfləyir.

Məlum olduğu kimi, “Hər kağızı bir yarpağa dəyişək” layihəsinin pilot fazası 2014-cü ilin fevral – aprel aylarında Bakı şəhərində həyata keçirmişdir. Pilot mərhələnin uğurlu olduğunu, (3 ay ərzində 79 tona yaxın kağız toplanmış və aidiyyəti təkrar emal müəssisəsinə göndərilmişdir) və əhali tərəfindən layihəyə geniş marağı nəzərə alaraq, IDEA İctimai Birliyi və onun tərəfdaşları bu layihəni Respublika səviyyəsində davamlı şəkildə həyata keçirmək qərarına gəlmişlər.

İstifadə olunmuş kağızların qəbulu işinə ilkin olaraq, 18 mart tarixində 4 saylı Bakı “ASAN xidmət” mərkəzində başlanmışdır, 25 mart tarixindən etibarən isə Respublika üzrə bütün ASAN xidmət mərkəzlərində kağız tullantıların qəbulu reallaşdırılır.

Layihə çərçivəsində, həmçinin “Azersun” şirkəti tərəfindən 300 kq –dan artıq kağız tullantıların ünvanlardan xüsusi nəqliyyat vasitələri ilə toplanması da təşkil edilir. Kağız tullantıların səyyar qaydada təhvil vermək istəyənlərdən IDEA İctimai Birliyi (497-63-16 nömrəsi) və ya ASAN xidmətlə (108 qaynar xətti) əlaqə saxlamaları xahiş olunur.

IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi dövlət qurumları, özəl sektor nümayəndələrini, qeyri-hökumət təşkilatları və vətəndaşları ətraf mühitin mühafizəsi naminə “Hər kağızı bir yarpağa dəyişək” layihəsində iştirak etməyə dəvət edir!

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul