12 May 2016

“Son hədd” filminin təqdimatı keçirilib

Mayın 11-də IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Nizami” Kino Mərkəzində “Son hədd” (The End of the line) sənədli filminin premyerası keçirilib.

 

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

 

Təqdimatdan əvvəl çıxış edən “Mavi Dəniz Fondu”nun layihələr üzrə direktoru Rori Mur dəniz ətraf mühitinin əhəmiyyəti və bu mövzuya həsr olunan filmin ərsəyə gəlməsi barədə məlumat verib.

 

Rori Mur IDEA İctimai Birliyi ilə “Mavi Dəniz Fondu” arasında əməkdaşlıq, o cümlədən dəniz ətraf mühitinin mühafizəsi və bərpası istiqamətində həyata keçirilən layihə barədə məlumat verib. O, dəniz faunasının qorunmasına göstərdiyi dəstəyə görə IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevaya təşəkkürünü bildirib.

 

Filmin təqdimatından sonra “Nizami” Kino Mərkəzində dəniz ətraf mühitinin mühafizəsi mövzusunda təşkil edilən sərgi ilə tanışlıq olub.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul