22 Aprel 2014

“Suraxanı” Günəş Elektrik Stansiyasının inşasına başlanılıb

Bu günəş elektrik stansiyasında istehsal olunacaq enerji “Bakelektrikşəbəkə”-yə qoşulacaq.

 

Bu ayın əvvəlindən etibarən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sifarişi ilə Bakının Suraxanı rayonunda yeni “Suraxanı” Günəş Elektrik Stansiyasının inşasına başlanılıb.

 

Stansiyanın tikintisi üçün 6 hektar ərazi ayrılıb.

 

Məlumata görə, hazırda stansiyanın 1,5 meqavat gücə malik ilkin mərhələsinin tikintisi reallaşdırılır. Layihənin podratçı şirkəti olan “Xəzər” Gənclər Elmi-Texniki Yaradıcılıq Mərkəzinin 80 nəfərlik işçi qüvvəsinin çalışdığı ərazidə tikinti işləri sürətlə aparılır. Layihənin ilkin mərhələsinin may ayında istifadəyə verilməsi nəzərdə tutulub.

 

Ümumi gücü 2,8 meqavat olacaq günəş elektrik stansiyasının tam istifadəyə verilməsi isə ilin sonuna planlaşdırılıb.

 

Bundan sonra bu günəş elektrik stansiyasında istehsal olunacaq enerji “Bakelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin şəbəkəsinə qoşulacaq.

 

Hazırda inşası üçün 6 hektar ərazi ayrılmış stansiyanın ilkin mərhələsinin tamamlanması istiqamətində işlər intensiv şəkildə həyata keçirilir.

 

İlkin mərhələdə 1,2 meqavat gücə malik stansiya istifadəyə veriləcəkdir. Artıq stansiyada günəş panellərinin 30-40 faizi quraşdırılmışdır. Bu mərhələdə 4 min günəş panelinin quraşdırılması nəzərdə tutulmuşdur.

 

Ərazidə “Xəzər” Gənclər Elmi-Texniki Yaradıcılıq Mərkəzinin 80 nəfərlik işçi qüvvəsi çalışır. Günəş elektrik stansiyasının ilkin mərhələsinin inşasının may ayında tamamlanması planlaşdırılmışdır. İlin sonunda isə stansiyanın tam istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

 

Həmin günəş elektrik stansiyası Pirallahı adasında ilk stansiya olacaq. 

 

Bu da rayonun enerji təchizatının etibarlılığının təmin olunmasına öz müsbət təsirini göstərəcək.

 

Hər iki günəş elektrik stansiyasının inşasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıt şəhərində inşa edilmiş “Azgüntex” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal olunmuş günəş panellərindən istifadə edilir.

 

Gələcəkdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıt şəhərində, Abşeron, Siyəzən və Qobustan rayonlarında alternativ enerji mənbələri hesabına yeni stansiyaların inşası nəzərdə tutulub.

 

Artıq Qobustan rayonunda da yeni günəş elektrik stansiyasının tikintisinə başlanılıb.

 

Bütün bunlar Prezident İlham Əliyevin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin qarşısında qoyduğu vəzifələrin böyük əzmlə və uğurla icra olunduğunu sübut edir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul