Tamamlanmış layihələr

“Təmiz şəhər naminə!” III Yay Məktəbi

Giriş

5-10 iyul 2012-ci il tarixlərində "Təmiz şəhər naminə!" devizi altında Şəki şəhərində III Tələbə Yay Məktəb Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis olunan IDEA kampaniyası və "Təmiz Şəhər" ASC-nin ilə birgə təşkilatçılığı ilə keçirilib.

Təsvir və Konsepsiya

5 gün davam edən Yay məktəbi ərzində tələbələr tullatıların idarə olunması sahəsində əsas anlayışlar, tullantıların növləri və onların zərərsizləşdirilməsi üsulları haqqında biliklərə yiyələnmişlər.

5-10 iyul 2012-ci il tarixlərində "Təmiz şəhər naminə!" devizi altında Şəki şəhərində III Tələbə Yay Məktəb Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis olunan IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası və "Təmiz Şəhər" ASC-nin ilə birgə təşkilatçılığı ilə keçirilib.

 

Təbii resursların qənaətlə və səmərəli istifadə edilməsi baxımından tullantıların idarəolunması sahəsində əhalinin məlumatlandırılması böyük əhəmiyyət kəsb edir. Gələcəyimiz olan gənclərin bu sahədə maarifləndirilməsi isə ətraf mühitin mühafizəsi və tullantıların idarəolunması sahəsində davamlı və ardıcıl inkişaf deməkdir.

 

III Tələbə Yay Məktəbinin keçirilməsində əsas məqsəd gənclər arasında yaşıl düşüncə tərzinin formalaşdırılması, onların ekologiyanın qorunmasında fəal iştirakını təmin etmək və tullantıların idarəolunması sahəsində aktiv fəaliyyət göstərən gənc mütəxəssislərin yetişdirilməsi olmuşdur.

 

Yay məktəbi ərzində tələbələr tullantıların idarəolunması sahəsində əsas anlayışlar, tullantı növləri, tullantıların idarəolunması prosesi və zərərsizləşdirilməsi üsulları haqqında biliklərə yiyələnmişlər. "Təmiz Şəhər" ASC-nin mütəxəssisləri Cəmiyyətin fəaliyyəti nəticəsində ölkəmizdə tullantıların idarəolunması sahəsindəki irəliləyişlər və planlaşdırılmış layihələr haqqında məlumat vermişlər.

 

Əldə olunan biliklər əsasında iqtisadi və ekoloji təhlükəsizlik, alış-verişin ətraf mühitə təsiri, alış-veriş zamanı ətraf mühitə məsuliyyətli davranış mövzularına dair ictimai müzakirələr formasında mərhələli debat turnirləri təşkil edilmiş, həmçinin gənclərin asudə vaxtının dəyərləndirilməsi üçün müxtəlif idman və intelektual oyunlar, viktorinalar keçirilmişdir.

 

Yay məktəbi zamanı tələbələr "yaşıl düşüncə" konsepsiyasını əyani şəkildə tətbiq edərək yalnız təkrar emal olunmuş materiallardan hazırlanmış bloknot və qələmlərdən istifadə etmişlər.

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul