07 Oktyabr 2016

“Yaşıl söhbət klubu” layihəsi çərçivəsində növbəti görüş keçirilmişdir.

Gənclərin ekoloji məsələlərə cəlb edilməsi və onların ətraf mühitin mühafizəsinə töhfə vermələri, ekoloji problemlərlə mübarizəyə qoşulmaları naminə irimiqyaslı layihələr həyata keçirən IDEA İctimai Birliyi “Yaşıl söhbət klubu” (Green Conversation Club) layihəsi çərçivəsində növbəti görüş keçirmişdir.  

 

Görüş 6 oktyabr tarixində IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 30 nəfərə yaxın könüllünün iştirakı ilə baş tutmuşdur.

 

Ümumdünya Ərzaq günü ilə əlaqədar olaraq bu dəfəki Klubun mövzusu kompostlaşdırmaya həsr olunmuş və ABŞ-ın Azərbaycandakı səfirliyindən xüsusi qonaq Kelli Tillett tərəfindən mövzu ilə bağlı geniş təqdimat keçirilmişdir. Daha sonra gənclər kompostlaşdırma ilə bağlı qısa videoçarxlar izləyərək təəssüratlarını bölüşmüş, ev şəraitində qida tullantılarından istifadə edərək təbii gübrə hazırlamağı öyrənmiş və müzakirə etmişlər.

 

IDEA İctimai Birliyi Yaşıl Söhbət klubu layihəsinə gənc ekoloqların ətraf mühitlə bağlı biliklərini və onların xarici dil (ingilis dili) səviyyələrini təkmilləşdirmələri məqsədi ilə 2012-ci ilin iyun ayında start vermişdir. Yaşıl söhbət klubu ilk gündən ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan tələbə və gənc mütəxəssislərin ingilis dilində söhbət etdiyi rahat tədris məkanı olmuşdur.

 

Həm ekoloji, həm də ingilis dili biliklərini eyni vaxtda inkişaf etdirmək istəyən şəxsləri hər ay ətraf mühitlə bağlı müxtəlif mövzulara həsr ediləcək Yaşıl söhbət klubuna qoşulmağa dəvət edirik. Klubun görüşləri barədə IDEA-nın internet resurslarında (www.ideacampaign.org, www.instagram.com/idea_public_unionhttps://www.facebook.com/ideacampaign.org) mütəmadi olaraq məlumat veriləcəkdir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul