Tamamlanmış layihələr

“Yer kürəsi uşaqların gözü ilə” gənclərin beynəlxalq fotomüsabiqəsi

Giriş

"Yer kürəsi uşaqların gözü ilə" beynəlxalq fotomüsabiqə IDEA kampaniyasının təşəbbüsü əsasında dünya şöhrətli fotoqraf Reza Deqati ilə sıx əməkdaşlıq edərək, WPO (Dünya Fotoqrafçılıq Təşkilatı) və Böyük Britaniyanın "National Geographic" uşaq jurnalının dəstəyi ilə həyata keçirilmişdir.

Təsvir və Konsepsiya

Gənclər tərəfindən ətraf mühit problemlərini, təbiət gözəlliklərini özündə əks etdirən fotoşəkillərin çəkilməsini təbliğ edən, bununla da ictimaiyyətin diqqətini ətraf mühitin qorunmasına cəlb etməyi hədəfləyən layihə bir ilə yaxın davam etmişdir.

"Yer kürəsi uşaqların gözü ilə" beynəlxalq fotomüsabiqə IDEA kampaniyasının təşəbbüsü əsasında dünya şöhrətli fotoqraf Reza Deqati ilə sıx əməkdaşlıq edərək, WPO (Dünya Fotoqrafçılıq Təşkilatı) və Böyük Britaniyanın "National Geographic" uşaq jurnalının dəstəyi ilə həyata keçirilmişdir. Müsabiqə 1 iyun - Uşaqların beynəlxalq müdafiəsi günü və 5 iyun - Beynəlxalq ətraf mühit günü ilə əlaqədar olaraq uşaqlar və gənclər arasında elan edilmişdir.

 

“Yer kürəsi uşaqların gözü ilə” gənclərin beynəlxalq fotomüsabiqəsinə 4000 fotoşəkil daxil olmuşdur. “Mən təbiəti sevirəm” və “Mən çirklənmədən qorxuram” devizləri altında keçirilən müsabiqə dünyanın 90 ölkəsindən minlərlə gəncin diqqətini cəlb etmişdir. Fotomüsabiqə sosial və ətraf mühit mövzusunda şəkillərin dili ilə uşaqları məlumatlandıran ilk beynəlxalq layihə hesab olunur.

 

Beynəlxalq fotomüsabiqə və müsabiqənin sonunda keçirilən festival və sərgi ətraf mühitin bütün nəsillər tərəfindən qorunmasının vacibliyini nümayiş etdirərək dünyada mövcud olan ətraf mühit məsələlərinə ümumi diqqətin cəlb edilməsini nəzərdə tutmuşdur.

 

Müsabiqəyə təqdim olunmuş şəkillər beynəlxalq münsiflər heyəti və məsləhət şurasının üzvləri tərəfindən qiymətləndirilmişdir. Qaliblər qiymətli hədiyyələrlə təltif edilmiş və Bakıda 2013-ci ilin may ayında baş tutan festival və sərgidə iştirak etmək hüququ qazanmışlar.

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi və ənənəvi Gül bayramı günlərinə təsadüf edən beynəlxalq festivala Bakının ev sahibliyi etməsi gənc istedadların qədim mədəniyyətin, möhtəşəm memarlığın və bayramların gözəlliklərini fotoaparatın yaddaşına köçürməsi üçün yaxşı imkan yaratmışdır.Festival və sərginin təşkilatçıları IDEA kampaniyası və tanınmış fotoqraf Reza Deqatinin təsis etdiyi AİNA Dünya qeyri-hökumət təşkilatı olmuşdur. 

 

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul