Tamamlanmış layihələr

“Ətraf mühit üçün təkrar istifadə”

Giriş

“Ətraf mühit üçün təkrar istifadə” gənclərin yay düşərgəsi IDEA kampaniyası,“Göyçay İnkişaf Mərkəzi” İctimai Birliyi, Göyçay rayon İcra Hakimiyyəti, USA Education və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya idarəsinin dəstəyi ilə həyata keçirilmişdir.

Təsvir və Konsepsiya

“Ətraf mühit üçün təkrar istifadə” - gənclərin beynəlxalq düşərgəsi 3 günü əhatə etməklə gənclərin ekoloji sahədə maariflənməsi, onların ətraf mühitin qorunması işinə cəlb edilməsi və bu məqsədlə onlar arasında təkrar istifadə texnologiyasının tətbiqi işinin gücləndirilməsini hədəfləmişdir.

“Ətraf mühit üçün təkrar istifadə” gənclərin yay düşərgəsi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası,“Göyçay İnkişaf Mərkəzi” İctimai Birliyi, Göyçay rayon İcra Hakimiyyəti, USA Education və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya idarəsinin dəstəyi ilə həyata keçirilmişdir.

Düşərgənin keçirilməsində məqsəd gənclərin yay tətilini səmərəli təşkil edərək yaşadıqları şəhərin təmizliyi üçün məsuliyyətli olmağa həvəsləndirmək, gənclərin ətraf mühitə qarşı məsuliyyətini artırmaq və onlara ekoloji biliklər vermək olmuşdur.

Düşərgə ərzində ətraf mühitə düşən tullantıların miqdarının təbiətin onu parçalaya və zərərləşdirə biləcəyindən çox olmamasının vacibliyi aşılanmışdır. Müsabiqə nəticəsində seçilmiş 30 nəfər gəncə tullantı probleminin ciddiliyini anlatmaq üçün təcrübəli təlimçilər tərəfindən müxtəlif maraqlı öyrənmə metodları istifadə edilmişdir.

Düşərgədə nəzərdə tutulan bütün fəaliyyətlər təmiz ekologiya, tullantısız ətraf mühit və sağlam həyat tərzi istiqamətində aparılmışdır. Bundan əlavə, gənclərə plastik materialların ətraf mühit üçün yaratdığı təhlükələrlə bağlı təqdimatlar edilmişdir.

Qeyd edək ki, düşərgənin sonunda iştirakçılar ARDNŞ-nin Ekologiya idarəsinin Bakı şəhərinin Qala kəndində yerləşən ekoparkına ekskursiyada iştirak edərək ARDNŞ-in ekoloji layihələri ilə tanış olmuş, ekoparkda alternativ enerji və digər müasir texnologiyalar haqqında məlumatlar əldə etmişlər.

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul