TƏBİƏTİ QORUMAĞA HƏMİŞƏ HAZIR OL!

Qalereya

Eko-skaut

Adı/soyadı: Nigar Allahverdiyeva
Statusu: Gənc ekoloq
Ümumi topladığı bal: 1665
Kluba üzv olma tarixi: 2017-04-21
Yaşı: 13
Məşğuliyyəti: Bakı Dövlət Universiteti,BM ixtisası,1-ci kurs
Gördüyü işlərlə bağlı qeydlər: Gülləri çox sevirəm və onlara qulluq etməkdən zövq alıram. İlk 10 balımı da böyük zövqlə qazandım. Bu gün mən Azərbaycan Respublikasının Qırmızı kitabını düzəltmişəm,yəni şagirdlərin gözündə. Mən 24 aprel tarixində Zirə Mədəniyyət Mərkəzinə ekskursiya etmişəm. Daha sonra mən ağac əkmişəm. Mən ekoloji sorğu anketi hazırladım və öz məktəbyoldaşlarımdan anketi doldurdum. Mən yenə də ağac əkdim.Əkə biləcəyim qədər çox ağac əkməyə çalışacam təbiətdə!! Biz məktəb yoldaşlarımızla Biomüxtəlifliyə aid bir briqada yaratmışıq .Briqadanın adı "Yaşıl planet" və kapitanı mənəm.Biz briqadamızla birlikdə ağac əkmişik.Əkə biləcəyim qədər çix ağac əkəcəm. İlk növbədə mən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müəllifi olduğu “Ürək abidəsi” və İDEA İctimai Birliyi tərəfindən müəyyən edilən Qafqaz faunasının nəsli kəsilmək təhlükəsi ilə qarşılaşan 5 növü - ayı, qartal, canavar, ceyran və Qafqaz bəbiri haqda məlumatlar öyrəndim. Sonra mərkəzdə fəaliyyət göstərən Qalereya - yaşıllıq ərazisi, Fotostudiya, Elektron kitabxana, İDEA resurs mərkəzi, Şahmat otağı, Xarici dil kabineti, Moda studiya, Gimnastika və rəqs zalı, Zirə Xalça Muzeyi və Xalçaçılıq Tədris Mərkəzi ilə tanış oldum. Art-studiyada gül əkdikdən sonra mən Eko-Parkı gəzdim, Quş parkında olan müxtəlif adda quş növləri və bitkilər məndə böyük maraq yaratdı. Sonda əyləncə məkanında attraksionlarda əyləndim və velosipedlərdə mini yürüşlər etdim. Təbiətin qoynunda onun füsunkar, rəngarəng biomüxtəlifliyini izləmək və əylənərək vaxt keçirmək əyləncələrin ən gözəlidir. AGRİ ekskursiya etdim. İnstitutda bizi elmi katib S.Şərifova, Gənc Alim və Mütəxəssislər Şurasının sədri M.Eldarov və Təhsil şöbəsinin müdiri V.İzatullayeva qarşılayaraq, institutun əsas elmi istiqamətləri olan mədəni bitkilərin və onların yabanı əcdadlarının, qiymətli, nadir, itməkdə və nəsli kəsilməkdə olan cinslərin, növlərin, aborigen sort və formaların, kənd təsərrüfatı heyvanlarının yerli cinslərinin inventarlaşdırılaraq pasportlaşdırılması, bərpası haqda maraqlı məlumatlar verdilər. Milli Genbank haqqında məlumatlar və orada saxlanılan toxum nümunələri şagirdlərdə çox böyük maraq oyatdı. İnstitutun Bioekologiya Laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Aydın Əsgərov briqada ilə görüşərək onlara fəaliyyət istiqamətləri haqda məlumatlar, briqada üzvlərinə isə faydalı tövsiyələr verdi. Sonda briqadanın üzvləri İnstitutun həyətyanı sahəsində yerli ekspedisiya, daxili və beynəlxalq elmi mübadilə yolu ilə toplanıb saxlanan dənli-taxıl, dənli-paxlalı, meyvə və giləmeyvə, tərəvəz-bostan, yem, dərman bitki sortlarının nümunələri ilə tanış oldular. Azərbaycanda bir çox bitki və meyvələrin xüsusiyyətləri, təbabətdə istifadəsi və müalicəvi əhəmiyyəti insanlara çoxdan məlumdur. Bitkilərin və meyvələrin təbabətdə istifadəsi zamanın sınağından uğurla çıxaraq hazırda da əhəmiyyətini itirməyib. Aprelin 26-da biologiya müəllimi Salehə Məmmədovanın rəhbərliyi ilə 8 "A" sinfində “Azərbaycanın müalicəvi bitkiləri” adlı "Açıq dərs" keçirdim. "Açıq dərs"də Azərbaycan florasına daxil olan ali bitkilərin və meyvələrin bir çoxunun dərman əhəmiyyətli olması və insanların qədim zamanlardan bəri onlardan bu və ya digər xəstəliyin müalicəsində istifadə etməsi qeyd etdim. Bəzi xəstəliklərin müalicəsində istifadə edilən dərman bitkiləri nümayiş etdim və məlhəmlər hazırlayıb şagirdlərə nümayiş etdirdim. Sonda şagirdlərlə birlikdə hazırladığım “Müalicəvi bitkilər” adlı krossvord həll edərək müalicəvi bitkilər və onların əhəmiyyəti haqqında əldə etdikləri bilikləri nümayiş etdirdim. Məktəbdə ekoloji sərgir keçirdim! Məktəbimizdə biokütlə enerjisi haqqında araşdırmalar apararaq məlumatlar toplamışam. Mən biokütlənin əmələ gəlməsi, biokütlədən alınmış yanacaqlar və onların istifadə sahələri, bioenerji daşıyıcılarının formaları, biokütlədən bioneftin, bioqazın hansı şəraitdə alınması haqda maraqlı məlumatlar əldə edərək təqdimatlar hazırlamışam. Mən çıxışlarımdan sonra bioyanacaqdan istifadə etməklə enerji israfının qarşısının alına biləcəyini sübut edərək, bərpa olunan enerji mənbələrindən istifadənin məqsədəuyğunluğunu bir daha vurğuladım. Daha sonra gündəlik həyatda enerji itkisinə yol verməmək üçün enerjiyə qənaət yolları haqqında nümunələr göstərərək şagirdlərə müxtəlif vərdişlər aşıladım.Daha sonra isə mən 6-cı sinif şagirdlərinə “Ekologiya və ətraf mühit” adlı maarifləndirici tədbir təşkil etdim. “Qlobal ekoloji problemlər”, “Ozon təbəqəsinin ildən-ilə nazikləşməsi və ozon deşiklərinin yaranması”, “Bitki və heyvanların məhv edilməsi” haqda geniş məlumatlar verdim. Mən əldə etdikləri məlumatlara əsasən, təbii fəlakətlərin sayının artmasını xüsusilə vurğuladılar. Sonda şagirdlərin ekologiya ilə bağlı sualları cavablandırdım və ekoloji cizgi filmi nümayiş etdirdim. Həmin görüntüləri sizə də təqdim edəcəyik. Salam!Mən bu gün öz oxuduğum məktəbdə ,öz sinifyolfaşlarıma "Eko-skout" lahiyəsi barədə danışdım və eko-skouta görə hazırladığım slaydları,eko-skout ləvazimatlarınıda nümayiş etdirdim.Həmin görüntüləri də təqdim edəcəyəm. Salam!Bu gün mən öz sinifyoldaşlarıma intelektual oyun hazırlamışdım.Bu oyunun hazırlamağımın əsas məqsədi uşaqların dünya görünüşü və ekoloji biliklərini artırmaq üçün.İlk öncə uşaqları komandalara böldüm və kapitanları seçdim.Hər komandalarının adlarını isə Quşlar,Həşəratlar,Ağaclar,Heyvanlar olmaqlar 4 qrupa keçdi.Sonda Həşəratlar komandası birinci yerə layiq göründü. Mən və sinifyoldaşlarım təbiət qoynunda bitkiləri canlı müşahidə edib praktik təcrübə həyata keçirdik.Biz özümüzlə ilə apardığımı əyani vəsaitlərin köməyi ilə təbiətdəki canlı bitkilərlə kiçik qruplarda müqayisəli bir dərs qurduq. Orada biz çiçək qruplarının quruluşu, gövdə və zoğ, tumurcuqların növləri, gövdənin illik halqaları, torpaq və s. mövzular ətrafında təcrübə işi apardıq. Biz başa düşdük ki, bitki və heyvanların yaşaması üçün torpağın rolu əvəzolunmazdır. Biz torpağı qazıb, daha dərinə getmiş bitki köklərinin hansı funksiyaları hansı funksiyaları yerinə yetirdiklərini araşdırmağa çalışdıq.Kəsilmiş ağacların illik halqalarını biz sayaraq onların yaşını da müəyyən etməyə nail olduq☺Biz apardığımız təcrübələri həyata keçirərək anladıq ki, Azərbaycan çox zəngin bitki örtüyünə malikdir.Bu gün mən müəllimlə birlikdə "Yer kürəsi evimizdi "adlı tədbir keçirdik. Tədbirin keçirilməsində məqsəd şagirdlərə, müəllimlərə və valideynlərə bu günün əhəmiyyətini bir daha xatırlatmaq və hər kəsi Yer kürəsini qorumağa, onun qayğısına qalmağa, səsləməyə xidmət edirdi. Şagirdlər tərəfindən şeirlər, mahnılar, rəqslər ifa edildi. Tədbir bitəndən sonra şagirdlər və müəllimlər tərəfindən məktəbin həyətinə güllər əkildi.Mən,Dədə qorqud parkında "Yer kürəsi evimizdir" adlı bir rolik çəkmişəm.Bu roliki çəkməkdə dostlarım mənə kömək etdi.Biz bütün dünyanın təmizləyə bilmərik lakin,bütün hər kəs birləşəndə yer kürəsini təmiz saxlaya bilər.Bu rolikdə biz su hövzələrini,çəmənlikləri otları təmiz saxlamağı söyləyirik.İlk öncə isə gördüyünüz kimi Azərbaycan filmlərindən bir rolik vermişəm.Gəlin Yer kürəsini təmiz saxlayaq!Axı yer kürəsi evimizdir.22.05.2017 il tarixində mən istifadəyə yararsız olan plastik qabdan və qutudan bir qələmlərimi və eko-skout atributumi qoymaq üçün əlverişli əşyalar düzəltmişəm.Salam!Mən 26.05.2017-ci il tarixində məktəbəbimdə "Heyvanlar aləmi"ni təsvir edən bir əl işi düzəltmişəm.İlk öncə oyuncaq heyvanları aldım,daha sonra onları ev heyvanları,çöl heyvanları(vəhşi heyvanlar) olmaqla iki yerə bölmüşəm.Bundan da başqa heyvan və bitki oyuncaqlarını bir qutuya qoyub "eko-sistem" adlandırmışam.Yəqin ki,İdea eko-skout və siz bu əl işimi bəyənərsiz.Buda həmin görüntülər:Salam!Mən 27.05.2017-ci il tarixində "Quş yuvası"adlı kompozisiya düzəltmişəm.Naxçıvandan bizə göndərilən kəkliotunun yarpaqlarını bir yerə ayırıb,çubuqlarını isə bir yerə yığdım.Çubuqlarından quş yuvası düzəltdim,üzərinədə oyuncaq quş qoydum.Çubuqlarını tullamağımın əvəzinə belə bir əl işi düzəltdim.Salam!Bu dəfə ki,işim eko-skouta aid vidioçarx düzəltməyim olub.Bu vidioda eko-skauta aid məlumatlar və mənim işlərim haqqında məlumat verilir.Ən əsasıda odur ki,mən bu vidionu düzəldib dostlarıma göndərmişəm ki,onlarda təbiətimizi qorumaq üçün yaradılmış təşkilatlardan biri olan İdea eko-skouta qoşulsunlar.Təbii ki,dostlarım çox bəyəndilər və onlar mənə mütləq eko-skouta qoşulacaqlarını söylədilər.Salam!Bu dəfə mən öz stolumda belə bir şey düzəltmişəm.Eko-skouta aid blankları asıb,çantamı,kartımı və nişanımı stoluma qoymuşam.Bizə qonaq gələn əmim uşaqlarına bu təşkilat barədə ətraflı məlumat vermişəm.Daha sonra isə "Environmental pollution" yəni,ətraf mühitin çirklənməsi haqqında kitabça düzəltmişdim.Bu kitabça ilədə tanış elədim uşaqları.Onlar doğurdan da,eko-skout klubunu və mənim işlərimi bəyəndilər.Kitabı isə ingilis dilində yazdığım üçün öz ingilis dili müəlliməmə göstərdim.Məni belə gözəl işlərlə maraqlandığım üçün məni bəyəndi.Daha sonra öz həyat bilgisi müəlliməm olan Məmmədova Salehə mənim hazırladığım kitabı çox çox bəyəndi və kitaba üz düzəldərək məktəbə bağışlamamı söylədi. Heç bir şey, hətta musiqi belə insanı təbiət qədər sakitləşdirə bilməz. Xüsusən də yaşıllıq insana xüsusi rahatlıq və zövq verir. Təbiətin bizə bəxş etdiyi ən böyük nemətlərdən biri güllər, çiçəklərdir. Buna görə də,çiçəklərə xüsusi qulluq göstərilməlidir.Bu dəfə,mən öz çiçəyimə qulluq etmişəm.Yarpaqların,dibçəyin qırağını təmizləyib,müəyyən qədər su tökdüm.Daha sonra mən torpağa biraz deşiklər açdım.Salam!Yeni işim rəsm çəkməyimdi.Bu rəsmdə mən sahili təsvir etmişəm.Rəsmi iki hissəyə böldüm.Birinci hissədə sahil təmiz vəziyyətdə,o bir hissədə isə sahilin insan tərəfindən çirklənmiş formasını təsvir etmişəm.Salam!Bu dəfə ,mən rezinlərlə palma ağacı,bayquş və gilaslar toxumuşam.Yəqin ki,sizdə bilərsiz son zamanlarda uşaqlar rezinlərlə müxtəlif fiqurlar və .s kimi charms toxuyurlar.Məndə fikirləşdim ki,bu dəfədə təbiətə aid toxuyum .Bacardığım qədər çalışdım ki,oxşadım.Yəqin ki,sizində xoşunuz gələr.Sahibsiz pişiyə yemək və su vermişəm. Axşamüstü parka düşməyi qərarlaşdırmışdıq. Qarşıma balaca sahibsiz bir pişik çıxdı. O çox ac və susuz görsənirdi.Tez maqazinə gedib onun üçün xüsusi yemək və su aldım.Yazıq heyvan doyinca su və yemək yedi.Çalışın sizdə sahibsiz heyvanlara yemək və su verin! (25 bal). 06.10.2017-ci il tarixində mən oxuduğum məktəbdə sinifyoldaşlarıma "Suya və elektrik enerjisinə qənaət edək" adlı mövzu haqqında danışdım.Onlara suya və enerjiyə qənaət etməyə aid məsləhətlər verdim (25bal). Salam,mən eko-skout Nigar!Uzun zamandır ki,ekoloji işlər görüb və ya araşdırmalar ,tətqiqadlar aparmırdım.Bunu səbəbi mənim bir bitki üzərində araşdırma aparmağı olub.(Məqalə-Bağayarpağı) Durucaya eko-səyahət etdiyim gün...Çayın qırağına gedərkən (biraz uzaqda) bitkilər gördüm.Birinci onların gül olduğunu fikirləşdim.Daha sonra nənəmdən bu bitkilərin adlarını bilib bilmədiyini soruşdum.O mənə bu bitkinin bağayarpağı olduğunu söyləyib,onun faydalı bir bitki olduğunu söylədi(tibdə) .Mən belə qərara gəldim ki,bu bitki haqqında biraz araşdırmalar aparım.Beləliklə,əlavə mənbələrdən öyrəndiyim məlumata görə bağa yarpağı bütün Yer kürəsinə yayılmış 200-ə yaxın növü məlumdur. Onların çoxu alaq otudur. Azərbaycanda 14 növü yayılmışdır, bunlardan təbiətdə ən çox böyük bağayarpağından istifadə olunur. Bağayarpağı adi alaq bitkisi kimi Azərbaycanın bütün rayonlarında bitir.Mən bu araşdırmama bir müddət ara verdim.Dərslər başladı....İlk işim bu oldu ki,biologiya müəlliməm Salehə müəlliməyə və sinifyoldaşlarıma biologiya dərsində bu bitki haqqında danışıb.Beləliklə,mən biologiya dərsində müəllimimə və sinifyoldaşlarıma bu bitki haqqında danışdım.Müəllim mənim belə gözəl araşdırma apardığım üçün təriflədi.Daha sonra müəlliməm bir daha qeyd etdi ki, bu bitki iltihab əleyhinə və antiseptik təsir göstərir, bronx vəzilərinin sekresiyasını artırır, bəlğəmi yumşaldaraq tənəffüs yollarından evakuasiyasını asanlaşdırır.Daha sonra mənə məsləhət gördü ki,sən bu bitkini qurudub..herba düzəldə bilərsən.Bu fikir mənim çox xoşuma gəldi..Bir də bunu da qeyd edim ki,mən Durucada olarkən çoxlu bağayarpağı gətirmişdim.İlk öncə çox asan bir usulla mən bu bitkiləri qurutdum...Daha sonra evdə lazımsız bir çay qutusundan bu bitkinin qurusunu qoymaq üçün qab düzəltdim.(Qeyd edim ki,burda lazımsız qutunu istifadəyə yararlı hala gətirmişəm)..Mən bu bitkinin herbasını düzəldikdən sonra düzəltdiyim qutuya qoydum..Qış fəslində havalar çox olur və immuniteti aşağı olan şəxslər tez qripə yoluxurlar.Qripdə ilk öncə boğazda özünü göstərir.O zaman mən məsləhət görərdim ki,bu bitkinin qurusundan qarqara düzəltsinlər....Birdə bağa yarpağının necə istifadə olunma qaydaları ilədə sizi tanış etmək istərdim! 10 qr. xammalın üzərinə 200 ml. (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur, süzülür və üzərinə əvvəlki həcmə çatana qədər qaynadılmış su əlavə edilir. Gündə 3-4 dəfə, hər dəfə 1 xörək qaşığı daxilə qəbul edilir. Bununla belə....məqaləmi bitirmiş oldum (150 bal). Məqalə - Qida kimi istifadə etdiyimiz bitkilər.Reyhan. Bildiyimiz kimi reyhan bitkisi yeməkdə, salatda və.s istifadə edirik. Gözəl ətirli bu bitki çox dadlı olur və yeməkdə istifadə olunduğu kimi həm də tibbdə də istifadə olunur. Mənim nənəm həkimdir. O mənə bu bitkinin tibbdə faydalı olduğunu söylədi. Hətta mən biologiya dərsindən öyrədiyimdən bu yadımda qalıb ki, reyhanda olan boya maddələri – xlorofil, flavonlar, karotin tibbi cəhətdən çox faydalıdır. Bu maddələr qanazlığına, mədə-bağırsaq və avitaminoz xəstəliklərinə müalicəvi təsir göstərir.Mən öyrəndiklərimi nənəmə danışdım. Daha sonra o mənə reyhanı qida ilə qəbul olunduqda mədənin həzm prosesinin fəaliyyətini artırır, orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır, qanın tərkib hissələrini normal vəziyyətdə saxlayır, böyrək və sidik yollarının iltihabını aradan qaldırdığını söylədi. Mən düşündüm ki, ötən həftə bağayarpağını qurutmuşdum. Bəs reyhanı qurudanda nəyə yarayır? Bu haqda əlavə mənbələrdən məlumatlar topladım ki, Reyhan bitkisinin qurusu da xörəklərdə istifadə olunur. Xalq təbabətində əsəb sisteminin tənzimlənməsində müalicə məqsədilə istifadə edirlər. Bitkinin qurusundan daxili xəstəliklərin müalicəsində də istifadə olunur. Ağızdakı mədə iyini aradan götürmək üçün istifadə olunur. Nənəm bağında bu bitkidən yetişdirir. Xahiş elədim ki, mənə biraz reyhan gətirsin. Daha sonra reyhanı asan üsullarla qurutdum. Unutmadan, mən Reyhan bitkisindan başqa, digər bitkiləridə qurultdum. Məsələn, nanə bitkisini.. Araşdırmalara davam edəcəm..!! (150 bal). 24.10.2017-ci il tarixində məktəbimizə sinifyoldaşlarımla bərabər bir akvarium aldıq.Çoxlu əlvan rəngli balıqlarda.Hər gün onları yemləyəcəyimizə söz verdik..Lakin mən sinifyoldaşlarıma təklif etdim ki,biz bu akvarium balıqların almışıq,lakin onların adlarını bilmirik.Müəlliməmiz Məmmədova Salehə bizə akvarium balıqları haqqında məlumat toplamağı tapşırdı.Araşdırmamı yazmazdan İlk öncə akvariumdakı balıqların rənglərinin necə gözəl olduğunu müşahidə etmişdim. Əsasən, xırda, əlvan rəngli, əksər hallarda qeyri-adi formalı və özünəməxsus davranışlı, akvariumlarda yaşaya və arta bilən balıqlar idi.Daha sonra müəlliməmizin əlavə olaraq bu balıqların çəkikimilər dəstəsinə aid olduğunuda qeyd etdiyini xatırladım.Mən biraz  fikirləşdikdən sonra araşdırma eyni ilə belə yazdım..Lakin daha sonra akvarium haqqında da məlumat öyrənmək istədim..Və öyrəndim ki,akvarium necə yaranıb? Çində balığa böyük maraq olub..Bu səbəbdən də,onlar balıqları balaca şüşə qablarda saxlayıblar..Beləliklə də,akvarium yaranıb.Başqa qeydlərimi,əlavə bildiklərimidə məqaləmə yazdım,aparıb sinifdə oxudum.Hər kəs tərifdən məqaləm-araşdırmam bəyənildi.Müəlliməmdə araşdırmama görə mənə "5" verdi..!!Araşdırmam bitdi (150 bal).Salam,mən 05.11.2017-ci il tarixində belə qərara gəldim ki,yənə araşdırma hazırlayım.Lakin,mən bu dəfə bəzilərimizin bilib,bəzilərimizin bilmədiyi bir bitki haqqında məqalə yazacam.Bu bitki Naxçıvan ərazisində bitir.Bu bitkiyə "Cacıq" deyilir..Naxçıvan ərazisində təxminən,çöllərdə ,dağların başında bitir.Bu bitki tibbdə çox yararlıdır.Çoxlu vitaminlərlə zəngindir(A,B,C vitaminləri).Mədə-bağırsaq xəstəliklərinə qarşı bu bitkidən istifadə edirlər.Bəzi kəndlərdə hətta,kənd əhalisindən aldığım məlumata görə onlar hər gün bu bitkidən yeməklərində istifadə edirlər..Lakin,bu bitki çox acı olduğuna görə bunun acılığın çıxardıb,ondan sonra yeməklərə qatırlar.Mən də,bu bitkini Naxçıvandan qohumlarımızdan xahiş elədim,mənim üçün göndərdilər.Çünki,istiyirdim bu bitki haqqında sizə məlumat verim (50 bal). 15.11.2017-ci il tarixində məktəbdə həyat bilgisi fənni keçən zaman mövzumuzun adı "ətraf mühitin qorunması yolları" haqqında idi.Mən də bir eko-skout olaraq artıq ,bu haqda çox geniş məlumata sahib idim.Bu haqda müəllimimdən icazə alaraq,bir az öz sinifyoldaşlarıma məlumat verdim.Daha sonra müəlliməm-Məmmədova Salehə bu məsələnin indiki dövrümüzdə ən aktual məsələ olduğu söylədi..Bu mövzu haqqında hamımıza qruplara bölünməyi,araşdırma aparmağımızı və məruzə yazmağımızı tapşırdı.Mən öz qrupama bu haqda məlumat toplamağı söylədim...Özüm evə gələndə bu mövzunu əhatə edən məruzə,daha sonra araşdırma aparmaq qərarına gəldim.22.11.2017-ci il tarixində artıq biz öz işlərimizi təqdim etməliydik.Bu haqda bəzi araşdırmalar etmişdim..Məsələn,xalqımızın ətraf mühitin çirklənməsinə səbəb olan amilllər adlı sorğudakı cavablarımı məruzəmdə qeyd etmişdim.İlk çıxışı biz elədik.İlk öncə uşaqlara Ətraf mühitin çirklənməsinə səbəb olan amillər haqqında məlumat verdim.Məsələn;sənaye-zavodların tüstüsü,nəqliyyat-avtomobillərin,nəqliyyat vasitələrinin tüstüsünün Yer kürəsinin atmosfer təbəqəsinin çirkləndirdiyini söylədim.Daha sonra radiaktiv maddələrin Yer kürəsinə nə qədər ziyan vurduğu,həmçinin biz insanların sağlamlığına məngi təsir göstərdiyini..Məsələn,sümük iliyin məhv olması ilə nəticələ bildiyini söylədim.Bundan başqa olaraq ətraf mühitə atılan tullantıların dənizləri,okeanları,çayları və.s çirkləndirdiyinidə vurğuladım.Bundam başqa olaraq,mən əsas olaraq radiaktiv maddələrinin çirklənməsi haqqında məlumat topladığım üçün bu haqda daha çox məlumat verdim bundanda,başqa olaraq,mən "BİZİM JURNAL" düzəltmişdim.Burada İDEA ictimai birliyindən də bəsh etmişəm,ondan sonra ətraf mühitin çirklənməsinə səbəb olan amillər ,ekoloji təhlükəsizlik haqqında geniş yazmışam...Daha sonra mən ətraf mühitin qorunması üçün su təmizləyən qurğuların yaradılmasını,küçələri təmizləyən robatlar yaradılmasını həm də ,nüvə silahına bütün ölkələr arasında müqavilə bağlanıb buna qadağa qoymasını kimi fikirlərini irəli sürdü. Mən bundan da başqa olar,yanğın zamanı təbiətə dəyən ziyan haqqında məlumatlar verdim...Birdə unutmadan yəqin ki,kimin bu qruplarla işdə qalib gəldiyini bilmək istəyirsiniz.Və mənim qrupum QALİB GƏLDİ! (50 bal). Mən 27.11.2017-ci il tarixində "Yaşadığımız diyarın dərman bitkiləri" adlı lahiyə işləmişəm...Məktəbdə buna aid işlər nümayiş etdirdik..Keçən dəfə ki,işimdə "BİZİM QƏZET" düzəltmişdik..Yənə,həmin qəzetləri düzəltməyə davam edirik.Məktəbimizin direktoru Kifayət müəllimədən icazə alaraq,bizim qəzetdən bir qədər çap edib,məktəbdə qoymağımızı xahiş etdik...O,bizi belə gözəl işlərlə məşğul olduğumuz üçün bizə bu işdə dəstək oldu.(lahiyəmizin ilə bağlı idi).Bəli,lahiyəmizə aid daha sonra dərman bitkilərindən bəzilərini bir yerə yığdıq.Qeyd etmək istərdim ki,bu bitkilərin əksəriyyəti mən keçən dəfə herba düzəltdiyim bitkilər idi...Bundan başqa olaraq,məktəbin uşaqlarını tənəffüs zamanı bu bitkilər haqqında məlumatlandırdım.Məsələn,tərxun-insan orqanizmi üçün vacib olan vitamin və maddələrlə zəngindir.Buna görə vitamin çatmıyanda insanlar tərxundan çox istifadə edirlər.Daha sonra zəfəran haqqında məlumat verdim.Zəfəran-qiymətli dərman bitkisidir.İnsanlara taa qədimdən məlumadur.Mən tariz dərsində öyrəndiyim məlumata görə yunan həkimi Hippokrat müalicə məqsədi ilə istifadə edirmiş.və.s bitkilər haqqında məlumat verdim. (40 bal). "Tullantılara yenidən nəfəs" adlı layihə işləmişik.Bu layihədə istifadəyə yararsız plastik qablardan,istifadə edilə bilməyən disklərdən,daha sonra lampadan əl işləri düzəltmişik.Bu əl işlərimiz "Yeni il"ilə bağlı idi.Mən 2 həftə ərzində yığdığım plastik su qablarından yeni il ağacı düzəltdim..Daha sonra istifadəsiz disklərdən də yeni il ağacı düzəltdim..Lampalardan maraqlı aksesuarlar və plastik qaşıqlardan gül...Həmçinin,istifadəsiz qaba "Şaxta baba" oyuncağı qoyub maraqlı bir oyuncaqda düzəltdik..Bu işlərimizi sərgi kimi stola düzüb,məktəbin şagitdlərinə bu layihənin hazırlama məqsədi haqqında danışdım..(25 bal). Bildiyiniz kimi artıq mart ayıdı.Havalar get-gedə istiləşir.Martda çiçəkləri,gülləri əkirlər.Mən də bu dəfə gül toxumları əkmişəm.İlk öncə mən istifadəyə lazım qablar yığdımı qeyd etmək istərdim.Həmin qablardan istifadəyə yararlı əşyalar düzəldirəm.Həmin qablardan birini toxumları əkmək üçün istifadə etmişəm.Torpağı həmin qablara doldurdum,daha sonra qabların aşağı hissəsinə deşik açmışam ki,su tökəndə qabda qalmasın.Qaba deşik açdıqdan sonra altına birdə qab qoydum ki,su yerə tökülməsin.Bu işimi bitirdikdən aonra toxumlarımı əkdim.Suyumu əlavə elədim.Daha sonra əkdiyim hissədən biraz kənarda rəngli dəniz daşlarından istifadə etdim.Beləliklə,özümə plastik qabdanndibçək düzəltdim.İndi onlara hər gün baxıram,yəni qulluq edirəm. (10 bal). Salam,mən Nigar!Bu dəfə isə digər güllümə qulluq etdim.Onun qabımı təmizlədim.Torpağına biraz deşiklər açdım.Suladım.Bəzək məqsədi ilə dəniz daşları tökdüm. (10 bal). 12.03.2018 -ci il tarixində "Yaşıl planet" briqadasının kapitanı olaraq,komandanın digər üzvləri ilə birlikdə biomüxtəliflik haqqında maraqlı məlumatlar,araşdırmalar,təqdimatlar hazırladıq.Bunu öz sinifyoldaşlarımıza nümayiş etdirdim.Daha sonra şagirdlərin ekoloji biliklərini artırmaq üçün maraqlı bir oyun təşkil etdik.Briqadanın üzvləri: Allahverdiyeva Günel,Həsənov Tural,Sadıqov Nərmin,Xudakişiyeva Nisə,Hüseynova Nigara,müəlliməmiz Məmmədova Salehəyə təşəkkürümü bildirirəm. (50). 13.03.2018-ci il tarixində "Yaşıl planet" briqadasının üzvləri iməclik keçirmək qərarına gəldik.Sinif otaqlarında həm briqadanın üzvləri,həm də digər məktəb şagirdləri ilə birlikdə gülləri suladıq.Daha çox sulayan şagirdlərimizə kiçik güllər hədiyyə etdik (10 bal). Salam,mən Nigar! Bu dəfə ki,işimi məktəbimdə yaratdığım "Yaşıl planet" briqadası ilə görmüşəm.Bildiyimiz ki,Azərbaycan SSR-nın əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyevanın bu il anadan olmasından 95 il tamam olur.İlk öncə briqadanın kapitanı kimi üzvlərə Zərifə xanım Əliyevanın həyatı,fəaliyyəti,ailəsi haqqında məlumat verdim.Uşaqlarla birlikdə məktəbimizdə bir Zərifə xanımın doğum günü ilə bağlı bir güşə yaratdıq.Daha sonra Zərifə xanım Əliyevanın doğum gününə həsr olunmuş ağac əkmə aksiyası keçirməyi qərarlaşdırdıq.Və öz məktəbimizin həyətində çoxlu ağaclar,güllər əkdik! Həmçinin məktəbimizdə ağaclar çox olduğundan quş yuvası düzəldib ağacdan asdıq.İçinədə yem qoyduq.Bundan başqa olaraq,mən sinifimizdəki güllərə su verdim (35 bal).Salam!Mən eko-skout Nigar.Növbəti işim botanika bağına eko-səyahət etməyim olub.Mən botanika bağımda çoxlu bitki növləri gördüm. Doğurdan da,çox gözəl havası var idi.Bir az ətrafı müşahidə etdim. Bitkilərin adları haqqında maraqlanıb evdə gəlib araşdırdım. Araşdırdığım bir bitki haqqında sizə danışmaq istəyərdim. Bu bitkinin adı "Suriya hibiskusu".Bu bitkinin vətəni Çin və Qərbi Аsiyаdır. Qаfqаzdа, Оrtа Аsiyаdа, Moldovаdа və Krımdа bitir.Öyrəndiyim digər mənbələrə görə rütubət və istisevən bitkidir.Yаrımkölgəyə qismən dözür. Bu bitki tоrpаğа tələbkаr dеyil və qurаqlığа dаvаmlıdır, аçıq günəşli yеrlərdə yахşı inkişаf еdir. Azərbaycan Abşeron,Qəbələ və s. parklarda becərilir.Dеkоrаtiv bitki kimi gеniş istifаdə еdilir. Bu növün Hibiscus hybrida, Hibiscus f. аlpа-purpurеа fоrmаsı mədəni şərаitdə bаğ və pаrklаrdа rаst gəlinir.Bundan başqa mən başqa bitkilər haqqında da araşdırmalar aparmışam (30 bal ).Salam! Mən eko-skout Nigar.Bu dəfə mən ABŞERON MİLLİ PARKINA eko-səyahət etmişəm."Yaşıl planet" briqadasının kapitanı kimi məktəbimizin coğrafiya müəlliməsi Şamilova Məlahətlə birlikdə 9A,yəni öz sinfimlə ekskursiyaya getdik.Daha sonra ekskursiyadan qayıdan kimi ABŞERON MİLLİ PARKI haqqında məqalə yazdım və briqadamızın gördüyü işlərin içənə qoydum. Məqaləmi sizə təqdim edirəm:Abşeron Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə 783 hektar sahəsində, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılmışdır.Abşeron Milli Parkı Bakının cənub-şərq qurtaracağında,Şah dili ərazisində yerləşir.Milli parkın bələdçisi bizə Abşeron milli parkın yaradılması səbəbi haqqında danışdı.Milli park ətraf mühitin mühafizəsi,nəsli kəsilməkdən olan nadir flora və fauna növlərinin qorunub saxlanılması,ekoturizmin inkişafı,ekoloji monitorinqlər həyata keçirmək,həmçinin əhalini ekoloji cəhətdən maarifləndirmək üçün yaradılıb.Mən ətrafı müşahidə edib,"EKO"gündəliyimə yazırdım.Böyük bir göl var idi.Daha sonra bələdçi bizə dedi ki,burda çoxlu quşlar və heyvanlar var.Amma onların hamısını siz görə bilmərsiniz.Bir milli parkın bir az kənar hissələrində gəzirdik.Buna səbəb isə bələdçi bizə öncədən tapşırmızdı ki,milli parkın digər tərəfində bəzi heyvan növl0ərin görə bilərsiz,lakin o tərəflərdə çoxlu sayda gürzə ilanı var.Qeyd etmək istərdim ki,gürzə ilanı zəhərli ilandır.Sürətlə hərəkət edən bu ilanların dişlədiyi yerdə kəskin ağrı hiss olunur və nahiyə dərhal şişməyə başlayır. Kəskin ağrı 2-4 həftə çəkə bilər. Dişləmədən 1-14 gün sonrak müddət ərzində ölüm baş verə bilər. Adətən isə təhlükə dişlənmiş nahiyə və ətraf əzələlərlə məhdudlaşır. Məhz bu səbəbdən biz digər ərazilərə gedə bilmədik.Çünki,təhlükəli idi.Lakin mən bir eko-skout kimi çox təəssüfləndim.Amma buna baxmayaraq,parkın kənar hissələrində biz yənə də ilanlar,kərtənkələr,kəpənəklər,bir də qağayı gördük.İlanları mən heç belə yaxından görməmişdim.Beləliklər,biz Abşeron milli parkda az da olsa,ilan,kərtənkələ,çoxlu kəpənək və qağayı gördük (40bal)Salam! Bu dəfə mən ekoloji araşdırmalar aparmaq və bir eko-skout olaraq heyvanları uenidən kəşf etmək üçün ZOOparka getmişəm.Parkda qonur ayı,tısbağa,keçi,ceyran,maral və.s bəzi heyvanları yaxından izləyib,araşdırma apardım. (25 bal).Salam!Bu dəfə mən evdə bir layihə hazırlamışam."Yaşıl ev" şüarı altında İDEA-nın "Hər kəsi bir yarpağa dəyişək" layihəsinə dəstək olmağa qərar verdim.Evdə istifadəyə yararsız bir qutunun içinə artıq istifadə etmədiyimiz kağız,dəftər,kitab və.s qoyacam.Bu qutudan daha çox hazırlayacam.Bütün qutular dolduqdan sonra onları aparıb,Asan Xidmət mərkəzlərinə təhvil verəcəm.Məncə,hər kəs evində belə qutulardan birini hazırlayıb bir ay ərzində istifadə etmədikləri kağızları qoyub,təhvil versələr daha yaxşı olardı. (30 bal)Mən noyabr ayının on dördü artıq bir neçə ildir ki,Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən "Ölkəmizi tanıyaq" layihəsi ilə birlikdə Gəncə,Göygöl,Şəmkir istiqamətində hərəkət etmişdim.Bu layihəyə sahəsində Gəncə də olan tarixi abidələri yaxından gördüm.Həmçinin,illərdir həyat və yaradıcılığını öyrəndiyim Nizami Gəncəvinin məqbərisini görmək mənim üçün qürurverici idi.Mən Gəncənin tarixini öyrənməklə yanaşı onun təbiəti ilə də yaxından tanış oldum.Gəncənin mərkəzi küçələrində, parklarında, istirahət mərkəzlərində olan gözəllik nümunələri öz təravəti, gözəlliyi ilə şəhər sakinlərinin və şəhərə gələn qonaqların könlünü oxşayırdı. Şəhərin müxtəlif yerlərində salınan dekorativ agaclar, rəngarəng çiçəklər, al -əlvan güllər sanki insanları ana təbiəti sevməyə, onu qorumağa çağırırdı.Bələdçimizin bizə verdiyi məlumata görə,şəhərin müxtəlif ərazilərində 22 mindən çox ting, həmişəyaşıl ağac və bəzək kolları salınıb, 10 min 500-dən çox mövsümü gül və çiçək əkilib, 20 hektar sahədə çəmənlik salınıb, yaşıllıqların suvarılması üçün istifadə edilən 8 ədəd subartezian nasosu təmir edilərək istismara verilib. Ağaclara vaxtlı-vaxtında aqrotexniki qulluq göstərilir, mütəmadi olaraq abadlıq və təmizlik işləri aparılır.Daha sonra biz Heydər Əliyev Park-Kompleksi ilə yaxından tanış olduq.2012-ci il yanvarın 21-də təməli qoyulan,2014-cü il yanvarın 21-də istifadəyə verilən Heydər Əliyev parkı Gəncənin ən füsunkar və gözoxşayan məkanlarından biridir. Dünyanın 5 ən böyük parkı arasında bu parkın da adı var. Ərazisi 450 hektar, uzunluğu isə 2 kilometrdir. Burada gəzinti, istirahət üçün bütün imkanlar var.Mənim diqqətimi daha çox Gəncə də olan "Butulka ev" çəkdi.Biz Gəncə Heydər Əliyev Mərkəzində də olduq.Mərkəzin II mərtəbəsində “İDEA” İctimai birliyi Resurs Mərkəzi fəaliyyət göstərir.Mən ordakı dostlarıma "İDEA" ictimai birliyi haqqında və bizim gördüyüm işlər haqqında da bir eko-skout kimi ətraflı məlumat verdim.Biz "Gənclər evi"n də olduq."Gənclər evi" gənclərin asudə vaxtlarında zərərli vərdişlərdən uzaq olub,faydalı işlər görülməsi üçün Cənab Prezidentimizin təşəbbüsü fəaliyyət göstərir.Bu layihədən qayıtdıqdan sonra məktəbimizin 7-ci sinif şagirdlərinə müəlliməm- Məmmədova Salehə ilə birlikdə "Sağlam davranış" haqqında dəyirmi masa keçirdik.Şagirdlərə zərəli vərdişlərdən uzaq olmaları haqqında,həmçinin ekologiyaya ziyan vurmamaqları haqqında bəzi məsləhətlər bildirdim.Uşaqlara "İDEA" ictimai birliyi haqqında da məlumat vermişəm.Gəncə də olarkən tədqiqat məqsədi ilə şəkillərini çəkdiyim ağac,bitki nümunələrinin şəkillərini göstərdim.Həmin bitkilər haqqında apardığım araşdırmalar haqqında geniş danışdım.Mən bu səfərimdən həm ekoloji,həm də tarixi biliklər əldə etdim.Buna görə ölkə başçımız cənab prezident İlham Əliyevə və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm ki,gənclərin inkişaf etməsi üçün belə layihələr təşkil edirlər.Həmçinin,mən təsisçimiz Leyıa Əliyevaya da öz minnətdarlığımı bildirirəm ki,biz gənclərin ekoloji biliklərini artımaq məqsədi ilə belə gözəl tədbirlər keçirilir. (30 bal). İin ən gözəl fəsillərindən biri bahar fəslidir.Bahar gələndə təbiətdə böyük dəyişikliklər baş verir. Təbiət canlanır, torpaq isinir, ağaclar oyanır. Rəhbəri olduğum "Yaşıl Planet" eko-klubunun üzvləri, mən və məktəbimizin VIII-XI sinif şagirdləri,məktəbimizin həyətində çoxlu ağaclar əkdik. Məqsəd ağac əkməklə ekoloji tarazlığı bərpa etmək, atmosferi oksigenlə zənginləşdirmək və yaşıllıqların qorunmasını təmin etməkdən ibarət olmuşdur. Onlar bir daha gənc nəslin nümayəndələrini ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səslədilər. (10 bal).