Qalereya
Eko-skaut
- Adı/soyadı: Muhamməd Oruczadə
- Statusu: Gənc ekoloq
- Ümumi topladığı bal: 2140
- Kluba üzv olma tarixi: 2017-04-21
- Yaşı: 10
- Məşğuliyyəti: Gəncə şəhəri 22 nömrəli məktəbin 5-ci sinif şagirdi
- Gördüyü işlərlə bağlı qeydlər: Mən Gəncə şəhərində yaşayıram və tezliklə burada gördüyüm faydalı işlərlə bağlı şəkillərimi hər kəslə paylaşacağam. Dediyim kimi, artıq eko-skaut kimi fəaliyyətlərə başladım. Məktəblilərin “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda II Respublika müsabiqəsininə öz əkdiyimiz ştillərlə qatıldıq. (50 bal)Ötən həftə Göygöl Milli Parkına ekskursiyaya getdim. Olduqca maraqlı keçdi günümüz. Kəpəz dağının əzəmətli görünüşü və Göygölün heyrətamiz gözəlliyi məni valeh etdi. Ən qısa zamanda təkrar getmək istəyərəm. Qeyd edim ki, orada mən tullantıların təmizlənməsini unutmadım və diqqətsiz ziyarətçilərin tökdüyü tullantıları toplayıb zibil qablarına atdım. (200 bal)Ötən həftə küçədə olan sahibsiz heyvanlara da yemək verdim, həmçinin həyətimizdəki ağaclara qulluq edib, tullantıları dostlarım topladıq. Ağacları sulayıb onlara qulluq göstərdim. (35 bal)Mən həm də IDEA-nın kağız tullantılarının toplanmasına həsr edilmiş "Hər kağızı bir yarpağa dəyişək" layihəsi çərçivəsində Gəncə şəhərində yerləşən ASAN xidmət mərkəzinə öz il ərzində topladığım lazımsız kağız tullantısını təhvil verdim (25 bal). İstirahətə gələnlər tərəfinfən zibillənmiş Toğana çay sahili ətrafında təmizlik. Toğanaya səyahətdə zoğal ağacının altına düşmüş quş balasının ehtiyatla yuvasına qoyduq. (10 bal). Istırahətə gələnlər tərəfinfən zibillənmiş Toğana çay sahili ətrafında təmizlik (10). Artıq məndə evdə sahibsiz iti himayəmə götürdüm. Mənimdə bir itim oldu. Onun qayğısına qalıram, siz də heyvanlara kömək edin onları himayəyə götürüb qayğısına qalın və dost olun (100). Bu dəfki eko səyahətim Daşkəsən istiqamətində oldu. Qoşqar dağının ətəklərində yerləşən Xoşbular yaylağına qalxdım.Dağa qalxdıqca rastlaşdığım dərman bitkilərini topladım.Sonra onları qurudaraq herbarı hazırladım. Göl kənarında oldum. Şam meşəsində oldum. Meşələrin və ətraf aləmin təmizliyi mənim üçün önəmli olduğundan hər zaman təmizliyə üstünlük verirəm. Meşədə olarkən kəsilmiş ağac kötüyünün üstündə ağ arı gördüm. Oradakı dostlarımdan atların xasiyyətləri və onlara qulluq haqqında maraqlı məlumatlar topladım (100 bal). Dostlarımla quşlar üçün yuva düzəltdim. Bir quş balasını öz əllərimlə yemlədim. Kiçik bostanımda əkdiyim pomidor və bibər bitkilərini suladım (30bal). Quşları yemləmək mənim çox xoşuma gəlir. Ona görədə bu gün Heydər Əliyev parkında oldum (25 bal). Vətənimizin fauna və florası haqqında biologiya dərsinə hazırladığım təqdimatı nümaiş etdirdim. Qırmızı kitabla yaxından tanış olmaq üçün müəlliməmizlə birlikdə Gəncə Heydər Əliyev Mərkəzi-Park Komplesdə yerləşən IDEA mərkəzində olduq. Daha sonra növbəti dərs üçün Azərbaycanın faunası adlı divar qəzetimi hazırladım (150 bal). Evdəki qırıq, tullantı maşınların motorlarından fizika dərsi üçün yeni cıhaz hazırladım. Bu iş mənə çox maraqlı gəlir (50 bal). Dünən həyətdə oynayarkən pişik balası gördüm. Anası ölmüşdü, özü tək qalmışdı. Ona iki gündür ki, qayğı göstərirəm. Hər dəfə həyətdə görəndə ona yemək verirəm, qabda süd verirəm. Mən onun adını Qarfild qoydum. Biz artıq onunla dost olmuşuq (25 bal). Mənim tutuquşum-məqaləTutuquşu parlaq və rəngli lələkləri olan gözəl quşdur. O iri kəpənəklərə, uçuşan güllərə bənzəyir. Qədim vaxtlardan tutuquşu təkcə öz rəngarəngliyi ilə deyil, həm də insan nitqini yamsılamaq bacarığı ilə diqqəti cəlb edib.Asiyada, Afrikada, Cənubi Amerikada insanlar daxma və həyətlərdə ev tutuquşuları saxlayırdılar. Quşlar evin yaxınlığında bəslənirdi. Onlar çıxardıqları səslərlə insanları təqlid edir, itləri hirsləndirirdi. Axşam çağı isə öz məkanlarına qayıdırdı.Bəzi tutuquşuları insanlar körpəlikdən evdə bəsləyib böyüdürlər. Onlar sahiblərini hər yerdə müşayiət edir.Hazırda tutuquşunun 328 növü var. Demək olar, hamısı meşələrdə yaşayır, meyvələrlə qidalanır, dimdiklərinin köməyi ilə budaqlara dırmaşır. Tutuquşu qəfəsdə belə bir yerdə durmur, gah divardan sallanır, gah da dimdiyi ilə qəfəsdən yapışır. Ev tutuquşularının ən geniş yayılmış növü dalğalı tutuquşu və korelladır.Dalğalı tutuquşu təqribən 400-20.000 hers diapazonda səsləri ayırd edə bilir. Bu quşlar başlarını 180 dərəcə fırlada bilir. Ən böyük dimdiyə sahib olan tutuquşu isə kakadudur. O, 10 santimetrlik dimdiyi ilə insanın barmağını asanlıqla dişləyib qopara bilir.Tutuquşu insan nitqini təqlid etsə də, onun səs telləri yoxdur. Evdə tutuquşu saxlamaq üçün bəzi şeyləri mütləq bilmək lazımdır. İlk növbədə bu quşlara qəfəs lazımdır. Qəfəs rahat və geniş olmalıdır ki, tutuquşu rahat şəkildə içində hərəkət edə bilsin. Qəfəsi oyuncaq, güzgü və yelləncəklərlə həddən artıq yükləmək olmaz. Tutuquşu ən çox darı, yulaf, bişmiş yumurta, yağsız kəsmik və toyuq sümükləri ilə qidalanmağı çox sevirlər (150 bal). Həyətdə oynayarkən bir bala çöl göyərçinin yaxşı uça bilçədiyini gördüm.Onu əlimə götürəndə ayağının alt hissəsinin balaca yara olduğunu gördüm.Tez evə gəririb yaranı təmizləyib yod çəkdin (40 bal). Heyvanları sevmək,onlara qayğı göstərmək,dünyada olan nadir heyvanlar haqqında maraqlı məlumatlar vermək məqsədi ilə mən öz qəzetimi hazırladım. Bu qəzeti oxumaq hər bir sinif yoldaşıma paylayacam.Qərara aldımki hər ay belə maraqlı məlumatlarla zəngin qəzet hazırlayıb təqdimat edim (150 bal). Bitkilərin yaxşı böyüməsi üçün təbii gübrənin hazırlanma qaydası ilə sizləri tanış etmək istəyirəm Bizə lazım olan ləvazimatlar 1.Banan qabığı 2. Yumurta qabığı 3.Torf (meşə torpağı) Hazırlanması: Yuxarıda adları çəkdiyim ləvazimatların hamısını blendrdan keçirdin.Gübrəmiz hazırdır. Hazırladığım gübrəni həm evdəki,həmdə məktəbdəki güllərin dibinə tökdüm (100 bal).Biz təbiətin kiçik bir parçasıyıq.Bizim yaşayışlmızda ,sağlamlığımız da onunla bağlıdır adlı hazırladığım buklet.Hazırladığım bildirdi məktəbdə ətraf mühiti hər zaman tamız saxlamalarının vacib olduğunu bilmələri üçün sinif yoldaşlarım paylayacam. (150 bal). Məktəbdə şagirdlər arasında ağaclar haqqında fikir müzakirəsi apardım, "ağacların əkilmə qaydaları" haqqında slayd nümaiş etdirdim. Daha sonra isə məktəbin həyətində toxum əkdim. (50 bal). Məqalə: Tütünün ziyanlı təsirləri. “Tütün torpağa ziyan vururmaqla yanaşı, meşələrin qırılmasına və iqtisadiyyatın tənəzzülünə səbəb olur. Hesabatda bildirilir ki, tütün tullantılarının tərkibində ətraf mühitə ziyan vuran 7,000-dən çox zəhərli kimyəvi maddələr mövcuddur. Bundan əlavə, vaxtından əvvəl ölümlərə səbəb olmaqla yanaşı, milyonlarla insanın tütünlə əlaqəli xəstəliklərdən əziyyət çəkdiyi bildirilir. Bunlara korluq, impotensiya və ağız boşluğu xəstəlikləri daxildir (100 bal). Qış fəslində quşların yem tapmaqları çətin olduğundan quşlar üçün yuva düzəltdik və məktəbimizin həyətindəki ağaclardan əkdik. (50 bal). İstifadə müddəti qurtarmış daşların (saat ,telefon daşları və s) təbiətə atılması çox zərərlidir.Bildiyiniz kimi torpa atılan belə daşlar istifadə müddətləri bitdikdən sonra paslanır və tərkiblərində olan sulfat turşusu ətrafa tökülür.Sulfat turşusu çox zərərlidir və torpağın erroziyasına səbəb olur.Turşulu torpaqda bitki bitmir,heyvan yaşaya bilmir.Bunların qarşısını almaq üçün məktəbdə "Təbiətə toxun"adlı layihəyə start verdim.Məqsədimiz istifadə müddəti bitmiş daşları toplamaq və təbiəti qorumaqdır.(50 bal).Sahibsiz küçə hervanlarını hər zaman yardım etmək, qorumaq lazımdır!! (15 bal). Biz əl işi kimi dominodan saatda hazırladıq (25 bal)Yazın gəlişi ilə bağlı həyətdəki ağaclara qulluq.(10 bal).Mən sizə bildirçin haqqında da məlumat vermək istəyirəm. Dünən ADAU-da oldu. Orada mən baytarlıq fakultəsinə gedərək bildirçinlərin yetişdirilmə mərkəzində oldum. Günüm çox maraqlı keçdi. Öyrəndiklərimi sizinlə paylaşmaq istəyirəm.Bildirçin yetişdirmə mərkəziQədim dövrlərdən Çində və Yaponiyada əhali bildirçin yetiş¬dirməklə məşğul olmuş, lakin bu quşların əhlilləşdirmə prosesi XX əsrdə başlamışdır. Hal-hazırda dünya üzrə ən geniş yayılan yapon bildirçinləridir (Coturnikx japoniens) və az yayı¬lan faraon cinsidir.Bildirçin – xırda və tezyetişən quşdur. İri quşların canlı kütləsi 150-160 q olur, dişilərin kütləsi erkəklərdən 20-22% çox olur və bu xü¬susiyyətlərə görə dişiləri erkəklərdən ayırmaq asandır. İl ərzində bildirçinin orta kütləsi 10-12 q olan 300-330 yumurta verir. Cinsi yetiş¬kən¬liyə 40-45 günündə çatır.Ayrı quş növləri ilə müqayisədə yayılan quş xəstəliklərinə da¬vam¬lıdır, buna əsasən də bildirçin yumurtaları vaksin və zərdabların ha¬zırlanmasında istifadə edilir. Müasir dövrdə ətraf mühitin böyük dərəcədə çirklənməsi insanlar arasında müxtəlif xəstəliklərin yaranmasına və artmasına səbəb olmuşdur. Son illərdə müxtəlif allergik xəstəliklərin sayı əhəmiyyətli dərəcədə çoxalmışdır. Yaşlı nəslin əksəriyyəti, uşaqların isə 80%-ə qədəri bu və ya digər allergik xəstəliklərdən əziyyət çəkirlər. Həkimlər bildirçin ətini və yumurtasını radioaktiv şüalanmaya və allergiyaya qarşı ən qiymətli vasitə hesab edirlər.Bildirçin yumurtası çox qiymətli və müalicəvi əhəmiyyətə malik qida maddəsidir. Onun tərkibində çoxlu miqdarda vitaminlər, amin turşuları və mikroelementlər vardır, xolestrin isə tamamilə yoxdur. Bildirçin məhsullarına tələbat ildən-ilə artır. Mütəxəssislərin məlumatlarına görə, bu yumurtalara olan tələbat 4 dəfə çoxdur. Bu quş¬¬ların yumurtalarını yemək rasionunda istifadə etdikdə orqaniz¬mdən, ən əsası da uşaqlarda, radioaktiv maddələrin çıxarılmasına səbəb olur. Bildirçin əti pəhrizlik xüsusiyyətə malikdir. Bildirçinləri yaradıldığı yerə və lələklərinin rənginə görə bölürlər. Hal-hazırda yapon, ingiltərə ağ, ingiltərə qara, amerikan albinotik broy¬ler, smokinqli, mərmərli, yapon-tayvan, yapon-sietls, faraon cins¬ləri və növ müxtəlifliyi var. Qeyd edilən quş növünün müxtəlif növləri – yapon bildirçin formalarının xətləridir.Qeyd edək ki, son illər həm bildirçinin ətinə, həm də yumurtasına tələbat artmaqdadır. Bildirçin ətinin yağı və xolesterolu aşağı olduğundan alternativ qida kimi insanlar arasında məşhurlaşmaqdadır. Bu məqsədlə Azərbaycan Dövlət Aqrar Universitetində 2015-ci ildən bildirçin yetişdirmə üzrə tədris mərkəzi yaradılıb. Mərkəzin əsas məqsədi tələbələrə tədris prosesinin nəzəri hissəsini çatdırmaq və laboratoriyalar vasitəsilə eksperimental təsərrüfatlarda gələcək peşəsinin praktik biliklərlə sahib olmağa imkanın yaradılmasıdır. Bildirçin yetişdirmə üzrə Tədris mərkəzinin işinin əsas istiqaməti intensiv texnologiya əsasında bildirçinlərin bəslənməsi, müasir şəraitdə bildirçinlərin yetişdirilməsində 3 mərtəbəli qəfəsli batareyalardan istifadə etməklə döşəmə şəraitində yüksək nəticələrin əldə edilməsidir (100 bal)AKVARIUM BALIQLARINA QULLUQ ETMƏYIN YOLLARI Dostlar mənə atam akvarıum balıqları aldı.Bu mənim çoxdankı arzum idi.Balıqlara qulluq edərkən öz şəxsi təcrübəmizdən və araşdırmalarımızdan belə bir nəticəyə gəldik:Balıqlara çörək vermək olmaz. Acgözlüklə çörəyi yeyən balıqlar az sonra köpür və ölürlər.Akvariumun suyunu dəyişərkən krandan götürülən suyu bir qədər saxlayıb sonra akvariuma tökmək lazımdır. Çünki suyun tərkibindəki hava çıxarılmasa balıqlar ölə bilər. Yeni doğulmuş balıqları böyük balıqlardan ayrı saxlamaq lazımdır. Çünki böyük balıqlar balaca balaları yeyir (50 bal). Sizi pişiyimin balaları ilə tanış edirəm, onlara çox yaxşı baxıram (20 bal)Oruczadə MuhammədIDEA eko-skautlarının aktiv üzvlərinin iştirakı ilə oktyabrın 13-də Park Bulvar Ticarət Mərkəzində “Tullantıdan incəsənətə” mövzusunda sərgi keçirildi.Bu sərgidə iştirak etmək üçün 3 əl işi hazırladım.1.3D qələmi ilə Eyfer qülləsi2.Ağac çubuqlarından baxça3.Plastik stəkanlardan gecə lampası ... (Ümumi: 150 bal). 22 May Biomüxtəliflik günüdür. Bizə verilən işçi vərəqlərdən və təyinedici materiallardan istifadə etməklə öz məktəblərinə yaxın ərazidə 2 saatlıq təbiət gəzintisi ərzində (məsələn, park, yaşıllıq ərazi və s.) müşahidə etdik(quşlar, sürünənlər, suda-quruda yaşayanlar, iri cücülər) və bitki növlərini müəyyən etdirdik, siyahısını hazırladıq və qiymətləndirilməsini apardıq. Fəaliyyət ekoloji oyunla başladıq. (20 bal).18.05.2019-cu il tarixində mən siniflə Qəbələ rayonunda oldum. Orada 7 gözəl şəlaləsinə qalxdım. Yenigcə kəndində olan bizonlara baxdım. Onları yemlədim.Daha sonra işə qəbələnin zəngin meşəsində bitən bitki və heyvanları araşdırdım.(50 bal).Gözü yaralı göyərçinə evdə qulluq (50 bal).