Qalereya
Eko-skaut
- Adı/soyadı: Züleyxa Qəhrəmanova
- Statusu: Gənc ekoloq
- Ümumi topladığı bal: 2525
- Kluba üzv olma tarixi: 2017-04-21
- Yaşı: 9
- Məşğuliyyəti: 145 nömrəli məktəbin 4-cü sinif şagirdi
- Gördüyü işlərlə bağlı qeydlər: Mən Qəhrəmanova Züleyxa 13.04.2017-ci il tarixində həyətdəki sahibsiz pişiklərə yem verdim və IDEA İctimai Birliyi mənə bu işimə görə 25 bal verdi. Növbəti faydalı işim isə 17.04.2017-ci il tarixində 1 akvarium balığı aldım və onun yaşaması üçün evdə şərait yaratdım. Buna görə də əlavə 25 bal topladım. 23.04.2017-ci il tarixində quşlar üçün yemlik düzəltdim (15 bal) və daha sonra Zirə Mədəniyyət Mərkəzi Eko parkın ərazisinə ziyarət etdim(15 bal). Orada IDEA-nın Resurs Mərkəzi ilə də tanış oldum. Həmçinin, ötən gün 1 ədəd çobanyastığı gülü alaraq əkdim və hər gün ona qulluq edirəm. Buna görə də əlavə 10 bal qazanmışam. Mən Qəhrəmanova Züleyxa 05.05.2017ci il tarixində Qəbələ rayonun Tüntül meşə qoruğunda saxlanılan bizonları ziyarət etdim. (200bal). Mən Qəhrəmanova Züleyxa 06.05.2017-ci ildə Qəbələnin Yatmış Gəlin zirvəsindən Şahin quşlarının məskunlaşdığı yerləri müşahidə etdim və orada olan meşədə təmizlik işləri apardım. (110 bal) Mən Qəhrəmanova Züleyxa 28.05.2017ci il tarixində bağdaki ağacları suladım. Daha sonra balaca bir ağac əkdim. Bilirəm indi ağac əkmirlər amma mən o ağacın yerini dəyişməsəydim o məhv ola bilərdi. (20 bal)Bacım Qəhrəmanova Sara bu gün 145 nömrəli 3a sinfində açıq eko dərsi keçdi. Mən Qəhrəmanova Züleyxa bu gün bacıma eko dərsi keçirtməyinə köməklik etdim və bu məqaləni onun üçün hazırladım. (25bal)Mən Qəhrəmanova Züleyxa balıqları çox sevdiyimdən və daha da çox olmağın istəyimnən daha 2 meçenosec balığını aldım onlara yem verdim. (25 bal) Tullantıların azaldılması məqsədilə təkraristifadə üsulu ilə yeni əşyalar düzəltməyi tərənnüm edən videoçarx hazırladım, onu dostlarımla paylaşdım. Tezliklə, özüm də maraqlı əşyalar düzəldəcəyəm (25).25.06.2017-ci il tarixində bağdakı evimizdə gül əkib suladim və təkraremal yolu ilə 2 ədəd taxta qutudan ev üçün rəf düzəltdim. Tullantını yararlı vəziyətə gətirdim. Valideynlərimin çox xoşuna gəldi və onu sevə-sevə istifadə elədilər. Daha sonra bağdakı ağacların altını da alağ etdim (25 bal). Mən Qəhrəmanova Züleyxa və bacım Qəhrəmanova Sara 10.07.2017-ci il tarixində bağımızda uça bilməyən qara toyuq quşunu tapdıq. O yaralı və yorğun idi. Biz onu tutub ona birinci yardımı göstətərdik. Daha sonra IDEA Animal Care'snan əlaqə saxladıq və onlar bizi öz klinikalarına dəvət elədilər. Biz oraya getdik. Oranın gülərüzlü personalı bizi çox mehribancasına qarşılayıb, quşumuzu müayinədən keçirtdilər. Həmçinin orada olan sahibsiz heyvanlarnan gözəl vaxt keçirib onları əzizdədik. Daha sonra onlara təşəkkürümüzü bildirib quşu evə tam sağalması üçün apardıq. Ona şərait yaradıb tam sağalmasına qədər qulluq edəcəyik. Ən böyük arzumuz İdea Animal Caresdan it himayə götürməkdir. Mən Qəhrəmanova Sara 13.08.2017ci ildə Qəbələ rayonun rus meşəsinə səyahət etdim. Oradakı meşəbəyi bizə burada hansı heyvan,quş və bitki olduğunu izah elədi. oradaki meşənin necə təmiz olduğunu müşahidə etdim. Burada insanların dincəlməsi üçün və heyvanların heç bir zərər görməməsi üçün şərait yaradılmışdı. Həmçinin orda ağaclarda dələyə də rast gəldim, dələlərlə bağlı çox maraqlı məlumatlar əldə etdim. Artıq onların yaşam tərzi haqqında daha çox bilirəm (50 bal). 26.08.2017 ci il tarixində Xal-Xal şəlaləsində oldum və orada olan balıqlara və dovşana yem verdim (100 bal). İdea-nın laborator işlərində öyrəndiyimi evdə təkrar etdim və gözəl nəticə əldə etdim.Nəticə:təkrar emal,gözəl qoxu,vaxtdan səmərəli istifadə (25 bal).Cır-cırama. Mən hər yay Qəbələ rayonuna gedib orada yay tətilimi keçirirəm.Və orada ən xoşuma gələn gecə vaxtı Cırcırama cücüsündən gələn səslərdi.Və bu dəfə mən onu müşahidə etmək qərarına gəldim.Gecə vaxtı onu görmək mümkün olmadığından mən çox çətinliknəndə olsa tapdım. Bu cücülərin başqa cücülərdən fərqi bədənin aşağı hissəsində iki uzun sapı olması.Səsi isə onlar əsas qanadların üstündən keçən balaca qanadlarnan çıxardıllar.Lakin mən onun yanında olanda o təhlükəni hiss etdiyindən səsi çıxartmırdı.Adətən cırcırama öz yuvasına yaxın oturur.Yaşadığı yerlər isə çox vaxtı iki daş arası olur.Cırcıramanın rəngləri fərqli olur,mənim gördüyüm oranın mühitinə daha yaxın rənglərdə idi.Bu dəfəki müşahidəm bu qədər.Gələn dəfə daha maraqlı heyvanlarnan və daha geniş informasiyalarnan məşqul olacam (150 bal). Mən Qəhrəmanova Züleyxa 24.09.2017 ci il tarixində bir gül aldım və onu sinifimizə apardım.Orada uşaqlara yaşıllığın bizə nə qədər xeyri olduğunu və biz onlara necə qulluq eməli izah elədim.Sonra onu suladım.Bu gündən sonra mən o gülə qulluq eliyəcəm (10 bal). 25.09.2017ci il tarixində iki balıq (malineziya)aldım onlara akvariumda şərait yaratdım,yem verdim.Biz bacımla balıqları çox xoşlayırıq onlara qulluq eləmək onlarnan oynamaq da xoşlayırıq.Biz bundan sonra da çoxlu balıq almaq istəyirik (100 bal). 27.09.2017 ci il tarixində balıq aldığımıza görə bizim evdəki tisbağanın yeri daralmışdı və balıqlar üçün təhlükə yaradıldığından biz onun üçün təzə akvarium alıb.təmizləyib rahat yaşaması üçün şərait yarardıq.Daha sonra ona yem verib yemlədik.O bizim ən birinci ev heyvanı olduğumuzdan biz onu çox istəyirik (25 bal). Boş plastik butulkadan qələm qabı düzəltim. (30 bal). Biz 29.09.2017ci il tarixində balaca bir müraciət çap edərək 16 bina girişlərinə yapışdırdıq. Məqsədimiz soyuq havalarda sahibsiz pişik və itləri yaddan çıxartmamaq, onlara bu qış aylarında əlimizdən gələn şəraiti yaradıb kömək etməkdir. Daha sonra bəzi bina sakinlərinə bu barədə məlumat verdik və balaca pişik balasını yemlədik (50 bal). Mən Qəhrəmanova Züleyxa bacımla birgə 08.10.2017ci il tarixində məqalə və slaydshou hazırladıq. Evimizin divarında asdığımız şəkillər gələn qonaqlarımızı da bu probleme yönəldirik.Məqsədimiz heyvanıarı qorumaqdı.Slaydşounu öz hesabımızda olan bütün sosial şəbəkələrdə paylaşdıq. Heyvanları qoruyaq-məqaləsi.Qədimdə insanların yaşaması üçün heyvanları öldürüb yemək və onların dərisindən,sümüklərindən istifadə etmək zəruri idi.21ci əsrdə də belədi.Lakin indi insanlar nə inki ehtiyacı olduqları üçün,çox vaxtı dəbli yaşaması üçün heyvanları öldürüb onlarda ayyaqqabı,çanta,gödəkçə tikib geyinirlər.Hər il brakonyerlərin əlindən yüzlərcə,minlərcə heyvanlar məhv olurlar... Bu heyvanlar dəbin qurbanlarıdı...Timsahların tək dərisindən ayaqqabı çanta düzələcək deyə onları öldürüb dərisini soyurlar.Fillərin sümüklərindən müxtəlif əşyalar düzələcək deyə onları ovlayıb öldürürlər.Belə misallar çoxdu: şirlərdən, tülkülərdən, kürklər, dovşanlardan papaqlar, maralların başlarıni evlırini bəzəyirlər... Bu 21-ci əsrin ən böyük faciəsidi. Biz insanlar heyvanları qorumaq əvəzinə, onları yer üzündən məhv edirik.İndiyə qədər məs bu səbəbdən nə qədər heyvan növü kökü kəsilmək üzrədi.Biz onlardan asılıyıq onlarda da bizdən.Heyvanlar bir neçə qrupa bölünür: quşlar, həşəratlar, balıqlar, məməlilər. Biz onlardan onsuzda istədiklərimizi ala bilirik -süd, tük, dərmanlr və s. Heyvanlar olmasaydı yerlər,göylər,okenlar boş olardı.Gəlin əl ələ verək və onları qoruyaq!!! (150 bal). Bu soyuq qış aylarında quşlar yem tapmaqda çox çətinlik çəkirlər. Bu səbəbdən biz mümkün olan yerdə quşlar yemliklər düzəldib onlara az olsa da köməkliyimizi göstəririk. Lazımsız yumurta qabından yemlik düzəldib quşları yemlədik.4.10.2017 (15 bal). Mən Qəhrəmanova Sara və mən Qəhrəmanova Züleyxa 14.10.2017ci il tarixində Qala qoruğunda olduq. Və orada keçirilən "Tullantıdan Sənətə" sərgidə olduq. Bizim üçün çox çox maraqlı oldu. Orada olan Sənət Əsərləri bizi daha da çox tullantılardan bir şeylər yaradmağa həvəsləndirdi (20 bal). Mən Qəhrəmanova Züleyxa və bacım sahibsiz heyvanları yedizdirməyi xoşlayırıq. Özü də soyuq havalarda onların necə çətinliklə yem tapdıqlarını biləndə çalışırıq daha da tez tez eliyək. Bu gün də biz bir neçə pişiklərə yem verdik. Və onların maraqlı şəkillərini çəkməyə çalışdıq (50 bal). Mən Qəhrəmanova Züleyxa 18.10.2017ci il tarixində heyvanlar haqda mərüzə hazırlayıb sinifdə uşaqlara təqdim elədim.Bir neçə növ heyvanlar haqda məlumat verdim(dərsə aid deyildi, 150 bal). Biz bu yay bağda əkdiyimiz qarpız tumlarımızdan nəhayət çox gözlədiyimiz qarpız yetişdi. (15 bal). Mən Qəhrəmanova Sara və mən Qəhrəmanova Züleyxa 25.10.2017ci il tarixində elkperiment apardıq.Biz bu yay Qəbələdə çay qırağında içində qızılın tozları olan bir daş tapdıq.Onu dəqiqləşdirmək üçün bir balaca eksperiment elədik.Zelyonka adlanan maddəni üzərinə töküb rəngin dəyişməsini gözlədik.Və bir neçə saniyəd sonra rəng dəyişməsini müşahidə etdik.Zelyonkanın rəngi tünd bənövşəyi rəngə dəyişildi.Bununla biz bu daşda doğurdanda qızılın olmağını sübüt etdik.Bə bununla da bizim təbiətimiz nə qədər zəngin olduğunu və onu nə qədər qorumaq lazım olduğunu öyrəndik. (20 bal).Mən Qəhrəmanova Sara və mən Qəhrəmanova Züleyxa 11.11.2017ci il tarixində Qəbələ rayonunda öz bağımızda ailəmnən birlikdə 12 ədəd meyvə ağacı əkdik.(alma,armud,zoğal,xurma,gavalı,əzgil) (25 bal). Mən Qəhrəmanova Sara və mən Qəhrəmanova Züleyxa 26.10.2017ci il tarixində atamla birlikdə evdəki 5 ədəd lampaları led lampalara dəyişdik.Bundan sonra ancaq onlardan istifadə edəcəyik. (25 bal). Biz əslində çiçək dərməyi xoşlamırıq.Amma hər ilin bu vaxtında bizim bağda yetişən bu gülü dəririk.Bu çiçəyi illər qabaq bizim babamız əkmişdi.Biz bu çiçəyin nə qədər faydalı olduğunu nənəmizdən eşitmişik.Bun gül bənövşəyi rəngdə olur.Ortasında olan qırmızı olan saplaqlar ən faydalı yeri sayılır.Nənəm həmişə onları yığıb qurudub sonra onu dəmləyib bizə içizdirir.Bu bitkinin 1qramı 100 litr suyu sarı rəngə boyayır.Bu bitki iştahsızlık,bronxit,əsas isə hərcəng xəstəliyinə qarşı bir nömrəli dərmandı.Zəfəran dünyanın ən bahalı ədviyyatlardan sayılır. (30 bal). Mən Qəhrəmanova Sara və Mən Qəhrəmanova Züleyxa bu gün tullantılardan istifadə edib, yeni il qabağı sinifimizə və evimizə oyuncaqlar düzəltdim.İstifadə elədiyim əşyalar -kardon,plastik,qablar,kibrit qutuları,disklər,alumin folyo,şam ağacının qozaları. (100 bal). Acıq EKO dərs –Təkrar emalSalam əziz uşaqlar. Bu gün biz sizlərlə ekoloji problemlər və onların qarşısının necə alınması haqda danışayacıq.Son illərdə insanlar tərəfindən təbiətə xeyli zərər gəlir.Bütün su hövzələri çirklənmək üzrədir.Kanalizasiya suları dənizlərə, göllərə axıdılır və bu səbəbdən sular çirklənir.Bu isə sualtı təbiətə böyük zərər vurur.Suyun altında yaşayan balıqlar və digər heyvanlar bu sudan qidalanır və zəhərlənirlər. Bu səbəbdən onlarla balıq növünün nəsli kəsilib.Ancaq onu da qeyd etmək lazımdır ki,insanların bu etdikləri yenə geridən onlara qayıdır.Təbiətdə tarazlıq var .Hər şey biri-biri ilə əlaqəlidir.bir heyvan növü olmasa digəri də olmaz.Biz təbii ki bütün bunlara bir azca da olsa köməylik edə bilər. Bunun ən asan yolu təkrar istifadədir.Yeni il gəlir. Yəginki hər biriniz evdə şam ağacı qurur,onu yeni il oyuncaqları ilə bəzəyrsiniz və hər il olmasada 2 ildən bir yeni bəzək oyuncaqları alırsınız.Heç düşünmüsünüz ki bu oyuncaqları “tullantı”dediyiniz əşyalardan da düzəltmək olar.Bunun üçün siz lazımsız kardonlardan,plastik qablardan,qəzetlərdən,yumurta qablarından,aliminium folyodan,yoqurt qablarından və hətta lazımsız corablardan da istfadə edə bilərsiz?.Əgər belə tullantı ləvazimatları yoxdursa siz qozalardan da istfadə edə bilərsiniz. Hər il Qala kəndində yerləşən Qala qoruğunda tullantılardan maraqlı sənət əsərləri sərgisi keçirilir.Əyər sizdə gözəl əşyaları düzəldmək istəyirsinizsə oranı ziyarət eliyib gözəl ideyalardan yararlana bilərsiniz.Gəlin bu il bizdə tullantilardan maraqlı əşyalar düzəldib sinifimizi bəziyək.Siz bu maraqlı əşyaları necə düzəldə biləcəyivizi internetdən baxıb öyrənə bilərsiz.Bu haqda bizim sinif rəhbərimiz Nəzərova Sevinc müəllimə də sizə ətraflı məlumat verə bilər.(30 bal). Mən Qəhrəmanova Züleyxa və mən Qəhrəmanova Sara 145 18.12.2017ci ildə axir ki öz arzumuza çatdiq.Biz məktəbli olduğumuza görə bilirik ki məktəbdə nə qədər kağız istifadə olunur və nə qədər tullantiya qedir.Biz həmişə öz açıq dərslərimizdə də vurğulamışıq ki təktar emal nə qədər faydalı ola bilər.Bu səbəbnən də biz İDEA ya müraciət etdik və onlar bizim üçün də qutuları göndərdilər.Bizim sinif rəhbərlərimiz Nəzərova Sevinc və Abdullayeva Nailə müəlliməynən birlikdə məktəbdəki uşaqlarnan birlikdə bu qutuları yerləşdirdik.Bütün məktəb uşaqlarını bu barədə məlumatlandırdıq.Çox maraqlı bir günümüz keçdi.Artıq bizim məktəbdə də tekrar emal - kahız və plastik üçün qutular var.Və biz bunun üçün İDEA ya böyük təşəkkürümüzü bildiririk. (25 bal). İlanlarYer üzündə milyondan çox heyvan var.Bu heyvanlar bir neçə yerə ayrılır.Bunlardan biri də sürünənlərdir. Sürünənlərin ən tanınmış nümunəsi ilanlardır.İlanlar arasında ziyansız növlərlə yanaşı, həm insanlar, həm də heyvanlar üçün çox təhlükəli olan növləri də var. İlanları öyrənən elm serpantologiya adlanır.İnsanların əksəriyyəti böyük bir vahimə içində ilanlardan qorxur və ona görədə onları sevmir.Ancaq mən ilanları çox sevirəm. Təsadüfi deyil ki, bu heyvanlar haqqında olan əfsanə və filmlərdə həqiqət uydurma ilə qarışır, fantastik təsəvvürlər isə real faktlarla yanaşı qoyulur. Qədim zamanlardan bəri bir çox xalqlarda ilan hakimiyyət, müdriklik və qüdrətlilik simvolu hesab edilir. Bəzi ölkələrdə, hətta ilanları müqəddəsləşdirən məbədlər də var ki, burada onlara səcdə edib qayğılarını çəkirlər.İlanlar- qəribə varlıqlardır. Onlar insanların bir çox nəsillərində özlərinə qarşı canlı maraq doğurmuşlar.İlanlar özləridə növlərə ayrılır. Ən tanınmış ilan növləri kobra və pitondur.Kral kobrası iri və güclü ilandır. Orta hesabla 3,6–4 m uzunluğuna və 6 kq kütləyə malik olur. Erkək kobralar dişilərinə görə daha büyük və daha qalındır.[]Dərisi yaşımtıl, narıncıyabənzər, yaxud qara olub açıq yaşıl rəngli zolaqlar bədəni boyunca uzanır. Qarnının alt hissəsi krem və ya açıq sarı rengdə olur. Pulları düzgündür. Yetişkin ilanın başı olduqca böyük və ağır görünür. Buna görə də digər ilanlar kimi, onlar da çənələrini genişlədərək ovlarını uda bilirlər. Kral kobrasının ağzının ön tərəfində zəhər kanallarının olduğu iki kiçik zəhər dişi vardır. Bu növlər orta hesabla 20 il yaşayırlar və hər il 30 sm-ə qədər böyüyə bilirlər.Kral kobrası hücüm zamanı zəhər vəzilərinin kanallarını əzələlər vasitəsilə bağlamaqla tənzimləyir. Baxmayaraq ki, bir kral kobrasının zəhəri 20 insanı öldürə biləcək miqdardadır, bir çox hallarda ilan sadəcə zəhər buraxmadan dişləməklə insanı qorxutmağa cəhd edir. Görünür zəhərin təsadüfi və lazımsız yerə istifadə olunması onun üçün arzuolunmazdır. Bu, hər şeydən əvvəl ov zamanı zəhərin ilan üçün mühüm əhəmiyyət kəsb etməsinə görə ola bilər.Kral kobrasının zəhəri əsasən sinir sisteminə təsir edir.Birinci sancma zamanı zəhərlənmədə insan ölümlə üzləşə bilər. Bu halda ölüm ehtimalı 75%-dən artıq ola bilər. Lakin kral kobrası dişləmələrinin ümumi statistikası onu göstərir ki, ilan sancmaları cəmi 10%-i insan ölümünə səbəb olur.Azərbaycanda ən geniş yayılmış ilan növü suilanıdır.Adi su ilanını nisbətən damalı su ilanları narıncı-sarı damalar yoxdur. Bəzən bu növə daxil olan Zeytunu rəngli və ya bütünlüklə qara rəngdə olan ilanlara rast gəlinir. Damalı su ilanı bəzi hallarda 1,6 m olur. Əsasən isə 1-1,3 m uzunluğa malik olurlar. Bədənin mərkəzində 19 pulcuq olur.Damalı su ilanı su ilə əlaqədardır. Onlar əsasən balıqlarla qidalanırlar. Gecələri quruda keçirirlər. Gündüz isə balıq ovuna çıxırlar. Yumurta qoymaqla çoxalırlar. Qışı quruda keçirirlər. Qışlamadan mart-aprel aylarında qayıdırlar. Körpə balalar iyul-avqust ayları yumurtadan çıxırlar. Qışlamaya oktyabr-noyabr ayları gedirlər. Onların əsas düşmənləri yırtıcı quşlar, sürünənlər, nərə balıqları və digər zəhərli ilanlardır.Onlar aqressiv deyillər. İnsanı görərkən ya suyun dibinə enir və ya gizlənirlər. Dişləməsi nadir hallarda baş verir. İnsan üçün heç bir təhlükəsi yoxdur. Mənim bu məqaləni hazırlamağa məqsədim insanlara ilanların da necə gözəl heyvan olduğunu,və onların da qorunmağına ehtiyacları olmağıdı.Hər bir heyvan ancaq özünü qorumaq məqsədi ilə insana hucum edə bilər.Əyər biz evdə,bağda və yaxud başqa yerdə ilan görsək biz onu öldürməyə çalışmamalıyıq,ən azından bununla bağlı 112 yə zəng etmək olar. (30 bal). Dibçəkdə 2 gül aldıq.Daha sonra evə aparıb ona düzgün şərait yaradıb suladıq. (10 bal). bu gün 20.01.2018ci il tarixində 4 skalarii balığı aldıq.Və bizim akvariumda hamilə balıq olduğundan balıqlar üçün olan bir evcik aldıq (20 bal). Nəhayət o gün qəldi və bizim hamilə Meçenosets balığın 50dən çox balaları oldu.Bu gün o çox narahat idi.Onun üçün də biz balaca bir akvariuma bir az iliq su yığıb onu o biri balıqlardan ayırdıq.O akvariumun içinə balaca bir yosun qoyduq.Yosun dünyaya qələn balaların qizlənməsi üçündür.Qeyd eliyək ki bütün məlumatları biz internetdən götürmüşük bu haqda İDEA ya məruzə də göndərmişdik.Bunnan əvvəl belə bir hadisəynən heç vaxt rastlaşmamışıq.15.15 də birinci iki balası dünyaya gəldi.Daha sonra 5dənəsi yenə.45 dəqiqə ara oldu və yenə 5 balassı oldu.Saat 20.00a qədər çəkdi bu hadisə və beləliklə 50dən çox bala dünyaya qəldi.Onlardan biri tam inkişaf olunmamış biri isə ölü doğuldu.Sonra biz ana balığı balalardan ayırdıq çünki bu növ balıqlar öz balalarını yeyirlər.İndi balalar özlərini yaxşı hiss edirlər.Biz onlara yem verdik və dincəlmək üçün isti yerdə qoyduq.Çədəkdiyimiz videolarda balıqların necə dünyaya qəldiyini çəkmişik. (50 bal).Mən Qəhrəmanova Züleyxa 15.02.2018ci ildə dibçəkdə bir orxideya gülü aldim suladim.Bundan sonra ona həmişə qulluq edəcəm (10 bal).Mən Qəhrəmanova Züleyxa və mən Qəhrəmanova Sara bu gün maraqlı bir hadisəynən rastlaşdiq.Çöldə gəzdiyimiz vaxt evimiz yaxınlığında yerləşən ağaclığın üstündə çoxlu sayda quşların uçmağını gürdük.Araşdırandan sonra bildik ki bu quşlar qecələr bu ağaclığda gecələməy üçün gəldiklərini bildik.Bununla da bir daha ağaclar bizim həyatımızda necə vacib olduğunu bildik. (20 bal).16.02.2018ci il.Bu gün mən Qəhrəmanova Züleyxa və mən Qəhrəmanova Sara balaca bir eksperiment apardiq.İki Nərgiz gülünü ayrı ayrı stəkanin içinə qoyub bir balaca rəng qatdiq.3-4 saatdan sonra nərgiz gülünün ləçəklərin qırağında çəhrayi rəngə boyandığını müşahide etdik. (20 bal). Salam mən Qəhrəmanova Sara və mən Qəhrəmanova Züleyxa sərgi üçün düzəltdiyimiz balaca bir evcik sizə təqdim eliyirik.İstifadə elədiyimiz materiallar tullantilar-karton,dərman qutulari,kibrit qutulari,skotçdan qalan kardon,lazimsiz saat,alüminium folqa,parça qalıqları,köhnə kitab vərəqləri,onlarda düzəldilmiş balaca kitablar (50 bal). Bacımla getdiyim bir məkandan çəkdiyim kiçik videonu təqdim edirəm. Həftəsonunu heyvanlarla keçirtdim. Bu məkanda uşaqlar üçün heyvanlara kontaktda olmaq üçün çox gozəl şərait yaradılıb. Heyvanlar da, insanlar da özlərini xoşbəxt hiss edirdilər. Mən çox zövq aldim (15 bal). Biz sahibsiz heyvanlari heç vaxt unudmuruq. Hamının evində yeməklər qalır. Biz onlari atmırıq, həyətdəki pişiklərə veririk (25 bal). Biz sahibsiz heyvanlari heç vaxt unudmuruq.Evdə hər gün qalan yeməklər hamini evində olur.Biz onlari həyətdəki pişiklərə veririk (15 bal).Mən Qəhrəmanova Züleyxa və mən Qəhrəmanova Sara bu gün 4 dibçəkdə toxumlarla gül əkdik.Daha sonra bundan qabaq suya qoyduğumuz və orada kök atmiş bir qizil gülün budağıni əkdik.Sonra onlarini hamisini suladiq. (10 bal).Mən Qəhrəmanova Sara və Mən Qəhrəmanova Züleyxa çox sevinirik ki bizim məktəbdə də qutular var və biz evdə,məktəbdə istifadəyə yararsiz kağızlari artiq ancaq onlarin içinə atiriq.Bizim tanişlar və dostlar artiq bizə müraciyət edirlər və onlarin bizə verdiklərini biz yiğib bura gətiririk.(25 bal).Mən Qəhrəmano Züleyxa Və mən Qəhrəmanova Sara bu gün Qəbələ rayonunda yerləşən Zarağan kəndində olduq və oranin təbiətiynən yaxindan taniş olduq.Bu kənddə Qafqazin qarlı sira dağlarini görmək olur.Dağın birini, oranin camaati Yatmiş gəlin adlandirirlar çünki baxanda sanki yatmiş bir insan görürsən (40 bal).Mən Qəhrəmanova Züleyxa və mən Qəhrəmanova Sara bu gün müşahidə apardiq və bu müşahidənin nəticəsində quşlarin necə yuva qurduğunu gördük.Bir ağacin üstündə 2 quş yuva qururdular.Bir quş yarpaqlar və budağ gətirirdi o birsi quş isə onlarnan yuvani düzəldirdiDigər videda isə başqa bir ağacda iki quşun artiq yuva qurduqlarini gördük.Bir quşun yumurtalarin üstündə oturmuşdu digəri isə ona yemək gətirirdi.Videoda aydin görünür yuvada oturan quşun necə yumartalari altinda düzəltdiyini(20 bal).Mən Qəhrəmanova Züleyxa və mən Qəhrəmanova Sara 24.03.2018 Yer Saatini bu cür qeyd etdik.Biz evdə olan bütün elektrik avadanliqlari söndürüb şam işiğinda 1 saat içində əyləncəli oyunlar oynadiq(20 bal).Mən Qəhrəmanova Züleyxa bu gün məktəbdəki eko ders üçün hazirladığım" Qənc Bələdçi" adli video material təqdim edirəm.(20 bal). Mən Qəhrəmanova Züleyxa həftə sonu 15.04.2018ci il tarixində Zirə Gülçülük Mərkəzini ziyaret etdik.Orada çoxlu sayda güllərnən və bitkilərnən taniş olduq,orada onlarin necə yetişdirdiklərini və hansi şərayətdə saxlandiqlarini gördük.Daha sonra oradan 2 ağac və 15 ədəd dibçəkdə güllər aldiq (40 bal). Mən və bacım bu gün Binədə yerləşən atçılıq mərkəzinə qetdik. Atlar bizim ən sevdiyimiz heyvanlardan biridi və neçə vaxtdi biz onlarin haqqinda daha çox məlumat üçün yollandiq ora. Burada atlar üçün çox gözəl şərait yaradilib. Atlar üçün qəzməyə, çimməyə, otlamağa yerlər var, həkim otağı və atların nallaması və qözəlləşdirilməsi üçün yerlər var. Orada çoxlu növ atlar var: İrlandiya və Ərəb atları, balaca Ponilər amma ən gözəl Qarabağ atları. Orada tez-tez yarışlar da keçirilir və ən çox yarişlarda qalib olan Qarabağ atlari olur. Bura bizim çox xoşumuza gəldi və biz tez tez buraya qəlməyə qərarına gəldik (30 bal).Mən və bacım may ayinda bağımızı alaq otlardan təmizdədik. Daha sonra ağaclara bir az peyin verdik və suladıq. Dibçəklərdə gül toxumu səpib əkdik, suladıq (30 bal).Mən və bacım bu gün bağda iş görəndə bizə bir pişik gəldi. O pişik əvvələr də gəlirdi, amma onun sahibi var idi. Lakin bu dəfə pişik qocaldığına görə biz ona sahib çixdiq. Yedizdirdik ad qoyduq. Artiq bizim də bir pişiyimiz var, daha doğrusu Maks adlı bir dostumuz (100 bal).Mən və bacım bu gün 2 yerdə qaranquş, həmçinin çox gözəl bir kərtənkələ müşahidə etdik (10 bal).Mən və bacım 27.04.2018ci il tarixində ekoloqiya dərsləri üzrə müəlliməmiz Gülnarə Ələsgərova təşəbbüsü ilə sinfimizlə birlikdə Qala ərazisində yerləşən SOCAR-in eko parkini ziyarət etdik. Biz burada bitən bitkilər,ağaclar haqqında yeni məlumatlar əldə etdik. Sinfimizlə birlikdə eko - parkda yerləşən muzey, istixana, akt zalı və s. kimi yerləri gəzdik. Bələdçi bizə buranın necə salındığını, neftdən muzeyində 12,14-cü əsrlərə aid olan saxsı və mis qablar, poçt markaları və Şirvanşahlar dövrünün qədim yazılarını maraqla seyr etdik.Sinfimiz səyahətdən böyük həzz aldı (30 bal)Mən Qəhrəmanova Sara və mən Qəhrəmanova Züleyxa bu yay 11.08.2018ci ildə Göy Gölə qetmişdik.Oranin çox gözəl təbiətiynən tanış olduq.Orada çox gözəl və nadir tapılan güllər və ağaclar gördük.Göldə üzən çöl ördəkləri gördük.Gölün qırağı çox təmiz idi.İnsanlar təmizliyə riyaət edirdilər (30 bal).Mən Qəhrəmanova Sara və mən Qəhrəmanova Züleyxa bu yay Minqəçevir şəhərində olduq.Və orada bu qutalara rast qəlməyimizə sevindik (20 bal).Mən Qəhrəmanova Sara və mən Qəhrəmanova Züleyxa payız fəslini çox sevirik.Onun üçün də biz bu dəfə müşahidə üçün Qəbəlin rus meşəsinə yollandıq.Orada olan boyük ağaclardan sarı yarpaqların yerə töküldüyünü,yağışdan sonra göbələklərin çıxdığını gördük.Meşədə çoxlu sayda cürbəcür göbələkləri gördük.Adlarını bilməsək də onların yeməli olmadığını öyrəndik.Onlarin bəziləri ağacın üstündə bəziləri isə yerdə idilər. Ağ, qəhvəyi,qırmızı,bənövşəyi rəngdə olan göbələklər daha çox idilər (20 bal).15.11.2018 Ümümdünya Təkrar Emal Günündə mən Qəhrəmanova Sara və mən Qəhrəmanova Züleyxa Ətraf Mühit Sərqisini ziyərət etdik.Biz orada çox maraqlı stendlərə rast qəldik .Tezliklə təzə proyektlərnən sizlərnənn paylaşacayıq (30 bal). Qəhrəmanova Zuleyxa.Biz yaz fəslini çooooox sevirik.Yazın qəlişi təzəcə ərimiş qarın altından çıxan çiçəklə,çiçəklənmiş ağaclarda,təzəcə yuxudan oyanan böcəklərdə,daha gür axan çaylardan hiss olunurdu. (10 bal).Qəhrəmanova Zuleyxa.Biz yenə işlərimiznən qayıtdiq.Hər il olduğu kimi bu ildə biz yazda bağda təmizlik işləriynən və əkinçiliynən məşqul olduq.Biz bağda dibçəklərdə olan artıq otları təmizlədik və təzə toxumlar əkdik,suladıq (10 bal).