Qalereya
Eko-skaut
- Adı/soyadı: Eliz Bayramova
- Statusu: Gənc ekoloq
- Ümumi topladığı bal: 360
- Kluba üzv olma tarixi: 2017-07-17
- Yaşı: 9
- Məşğuliyyəti: S.C. Pişəvəri adına Respublika Humanitar fənnlər gimnaziyasının 4-cü sinif şagirdi
- Gördüyü işlərlə bağlı qeydlər: Mən Eliz Bayramova, təbiəti çox sevirəm. İlk işim ekoloji-sağlam qidanın vacib olduğunu bildiyim üçün gənc ekoloq kimi ev şəraitində orqanik qida yetişdirdim. Artıq öz əkdiyimiz orqanik və ekoloji cəhətdən sağlam olan tərəvəzlərdən istifadə edə bilərik, həmçinin evimizdə və həyətimizdə olan güllərə də gündəlik qulluq göstərirəm, çünki gülləri və yaşıllığı bir eko-skaut kimi çox sevirəm :) (20 bal). Mən sahibsiz pişiklərə qida və su verdim (50bal). Ağacların dibini bellədim və onlara su verdim (10bal). Asan xidmət mərkəzində yerləşən təkraremal qutusuna təxminən 5kq-lıq kağız məhsulu atdıq. (25 bal).Salam, sevimli İDEA m. Mən Eliz bazar günü baş tutan sahillərin təmizlənməsi aksiyasında iştirak etdim. Çox lazımlı və maraqlı idi. Bu işdə əlimdən gələni etməyə çalışdım. Əyləndim və hətta yoqa etməyə də cəhd etdim☺. Sizə öz təşəkkürümü bildirir və fəaliyyətim haqqında fotolarımı da göndəririəm. Və bir də bu sahədə məndə maraq yaratdığıl üçün və məni həvəsləndirdiyi, dəstək olduğu üçün də öz anama ayrı təşəkkür edirəm. Sizi çox sevirəm (25 bal). Salam sevimli İDEA. Mən Eliz. Bu gün ölkəmizdə Ümumdünya Ərzaq Günü qeyd ediləcəyini anam söylədi. Və mən də dərslərimi tez bitirib bu gün münasibəti ilə bulka hazırladım. Anamın bu gün haqqında danışdıqlarından anladım ki, dünyada çox sayda ac insan var. Və ən əsas isə başa düşdüm ki, ərzaqlara qənaət etmək, əldə olan ərzaqlardan düşünüb çox dadlı yeməklər hazırlamaq olar. Mən də əlimdən gələni etdim. Onu da deyim ki, bu işdə heç kim kömək etməyim. Ancaq öz qabiliyyətimdir (30 bal.)Salam sevimli İDEA. Mən bu gün dərsdən sonra anamla 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə getdim. Orada çoxlu maraqlı stendlər var idi. Anam mütəxəssisi olduğu Ekoloqiya və Təbii Sərvətlər Nazirliyinin bu sahədəki işləri və fəaliyyət göstərdiyi qrumlarının stendləri ilə məni tanış etdi və çoxlu maraqlı lazımli məlumatlar topladım. Əlbəttə ki, diqər iştirak edənlərin stendələri ilə də tanış oldum. Mən hətta Azərbaycan Respublikasının Qırmızı Kitabı ilə də tanış oldum onu xeyli vərəqlədim... Çox maraqlı oldu və mənim çox xoşuma gəldi. Hər il gedəcəyimə söz verdim) Sizə fotolarımı göndərirəm, sizi çox sevirəm (50 bal). Salam İDEA, mən bu gün keçirilən EARTH HOUR 2019 tədbirində iştirak etdim...çox maraqlı və əyləncəli idi. Sizə fotolarımı yollayıram.(50 bal).Salam İDEA, mən Eliz, sizə 23 Mart Meteoroloqlar günü münasibəti ilə mətn tipli təbrik hazırlamışam. Qiymətləndirsəniz sevinərəm.Dünyada peşələr çoxdur. Hər biri lazımlı, hər biri vacibdir. Bu cür peşələrdən biri də Meteoroloqdur. Bu peşə mənə xüsusi əziz və maraqlıdır. Çünki dünyada ən çox sevdiyim insan olan anam da meteoroloqdur. İlk öncə onu deyim ki, bu həddindən artıq maraqlı və çətin sahədir. Mən bu qənaətə anamın bu sahədə mənə danışdıqlarından və özümün də internetdə aoardığım araşdırmalar nəticəsində gəldim.Meteorologiya bizi əhatə edən atmosferi və orada baş verən hadisələri öyrənir. Bu sahə haqqında ilk fikirləri eradan əvbəl 340- cı ildə yunan alimi Aristotel vermişdi. Deməli, insanlarda bu sahəyə olan maraq lap qədimdən imiş. Zaman keçdikcə insanlar hava şəraitinin onların yaşayışına, fəaliyyətlərinə təsirini görmüş və bu barədə müəyyən fikirlər irəli sürməyə başlamışdılar. Meteorologiya uzun inkşaf yolu keçmiş, bu günkü vəziyyətini almışdır. Məsələn: dünyanın ilk meteoroloji stansiyası kimi qəbul edilən Afinadakı 2000 illik yaşı olan "Külək qülləsi" binasıdır. İndi isə dünyadakı meteoroloji stansiyaların sayı- hesabı yoxdur. Meteoroloqlar gərgin iş rejimində işləyən, diqqətli, məsuliyyətli, öz işini sevən insanlardır. Mən dəfələrlə anamın iş yerində olarkən bunun şahidi olmuşam.23 Mart Dünya Meteoroloqlar Günüdür. Mən, Eliz, dünya və Respublikamızın bütün meteoroloqlarını ürəkdən təbrik edirəm. Anam da başda olmaqla, hörmətli, əziz, peşəsinin vurğunu olan Meteoroloqlar, sizə bu gün münasibəti ilə işlərinizdə uğurlar və yeni nailiyyətlər arzu edirəm.İlk öncə onu deyim ki, bu həddindən artıq maraqlı və çətin sahədir. Mən bu qənaətə anamın bu sahədə mənə danışdıqlarından və özümün də internetdə aoardığım araşdırmalar nəticəsində gəldim.Meteorologiya bizi əhatə edən atmosferi və orada baş verən hadisələri öyrənir. Bu sahə haqqında ilk fikirləri eradan əvbəl 340- cı ildə yunan alimi Aristotel vermişdi. Deməli, insanlarda bu sahəyə olan maraq lap qədimdən imiş. Zaman keçdikcə insanlar hava şəraitinin onların yaşayışına, fəaliyyətlərinə təsirini görmüş və bu barədə müəyyən fikirlər irəli sürməyə başlamışdılar. Meteorologiya uzun inkşaf yolu keçmiş, bu günkü vəziyyətini almışdır. Məsələn: dünyanın ilk meteoroloji stansiyası kimi qəbul edilən Afinadakı 2000 illik yaşı olan "Külək qülləsi" binasıdır. İndi isə dünyadakı meteoroloji stansiyaların sayı- hesabı yoxdur. Meteoroloqlar gərgin iş rejimində işləyən, diqqətli, məsuliyyətli, öz işini sevən insanlardır. Mən dəfələrlə anamın iş yerində olarkən bunun şahidi olmuşam.23 Mart Dünya Meteoroloqlar Günüdür. Mən, Eliz, dünya və Respublikamızın bütün meteoroloqlarını ürəkdən təbrik edirəm. Anam da başda olmaqla, hörmətli, əziz, peşəsinin vurğunu olan Meteoroloqlar, sizə bu gün münasibəti ilə işlərinizdə uğurlar və yeni nailiyyətlər arzu edirəm. (50 bal).Salam sevimli İDEA. Mən bu gün dərsdən sonra anamla 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə getdim. Orada çoxlu maraqlı stendlər var idi. Anam mütəxəssisi olduğu Ekoloqiya və Təbii Sərvətlər Nazirliyinin bu sahədəki işləri və fəaliyyət göstərdiyi qrumlarının stendləri ilə məni tanış etdi və çoxlu maraqlı lazımli məlumatlar topladım. Əlbəttə ki, diqər iştirak edənlərin stendələri ilə də tanış oldum. Mən hətta Azərbaycan Respublikasının Qırmızı Kitabı ilə də tanış oldum onu xeyli vərəqlədim... Çox maraqlı oldu və mənim çox xoşuma gəldi. Hər il gedəcəyimə söz verdim)Sizə fotolarımı göndərirəm, sizi çox sevirəm (50 bal).