TƏBİƏTİ QORUMAĞA HƏMİŞƏ HAZIR OL!

Eko-skautun fəaliyyəti

IDEA Eko-skaut birliyinə üzv olmaq istəyən hər bir gənc IDEA-nın rəsmi saytının Eko-skaut bölməsində qeydiyyatdan keçməlidir. Namizədin müraciət formasına baxıldıqdan sonra, o formal müsahibəyə dəvət alacaq və IDEA Eko-skaut birliyinə qəbul olunacaq. Qeydiyyatdan keçdikdən sonra skauta xüsusi üzvlük kartı, döş nişanı, emblem, papaq, bel çantası təqdim ediləcək.

Eko-skauta verilən üzvlük kartı ona ətraf təbii mühitin mühafizəsi istiqamətində görülən işlərə görə bal toplamaq imkanı verir.

Eko-skaut ətraf təbii mühitə nə qədər çox qayğı göstərsə, o qədər də çox bal toplamaq imkanı əldə edəcək və bununla eko-skautun üzvlük kartı daha yüksək statuslu kartlarla əvəz olunacaq. Eko-skaut kartının statusu nə qədər yüksək olsa, onun imkanları da bir o qədər çoxalır (Məsələn IDEA-nın tədbirlərində iştirak etmək, təşkilatın əsas üzvü olmaq – ilin eko-skautu olmaq, müvafiq hədiyyələr əldə etmək).


Balların toplanması aşağıdakı kateqoriyalar üzrə təyin olunacaq:

  • A

    Kateqoriya A (10 bal)

    Bir ağacın əkilməsi, otaq bitkilərin becərilməsi, həyətdə ağacların suvarılması, məktəbdə ətraf təbii mühit və IDEA eko-skaut birliyi haqqında açıq dərsin keçirilməsi, ictimai yerlərdə təmizlik işlərinin aparılması.


    C

    Kateqoriya C (25 bal)

    Evdə alternativ (bərpa olunan) enerjidən istifadə edilməsi, led lampalardan istifadə edilməsi, evdə kağız tullantılarının yığılması və təhvil verilməsi (yığılan kağız tullantılarının IDEA və ASAN tərəfindən həyata keçirilən layihə çərçivəsində ASAN xidmət mərkəzlərinin qarşısında yerləşdirilən konteynerlərə təhvil verilməsi məqsədə uyğundur), heyvanlar üçün əlverişli saxlama şəraitinin yaradılması, sahibsiz heyvanları su və qida ilə təmin edilməsi.


    E

    Kateqoriya E (150 bal)

    Heyvanlar, bitkilər, təbiət, ekologiya və təbiət hadisələri mövzularında məqalələrin yazılması

  • B

    Kateqoriya B (15 bal)

    Quş yuvasının düzəldilməsi və asılması, milli parkların ziyarət edilməsi, tullantıdan təkrar istifadə edilməsi, heyvanların fotoşəkillərinin çəkilməsi.


    D

    Kateqoriya D (100 bal)

    Ev heyvanlarından birini himayəyə götürülməsi.


    F

    Kateqoriya F (200 bal)

    Eko səyahətlər

Yuxarıdakı kateqoriyalara daxil edilməyən, ancaq ətraf mühitin mühafizəsinə aid hər hansı gördüyünüz əməlləri sübut edən fotoşəkillər və videoları, xahiş edirik, bizə göndərəsiniz. Bütün hallarda Eko-skaut klubunun münsifləri tərəfindən gördüyünüz işlərə baxılacaq və ona uyğun bal veriləcəkdir.


Eko-skautlar gördükləri əməlləri sübut edən fotoşəkillər və videoları www.ideacampaign.org/ecoscout saytına şəxsi qeydiyyat şifrələri ilə daxil olaraq yüklədikdən, IDEA ofisinə şəxsən təqdim etdikdən və ya [email protected] elektron poçt ünvanına göndərdikdən sonra müvafiq ballar qazanacaqlar. Yüklənən fayllar IDEA tərəfindən müəyyən edilmiş xüsusi formatda olmalıdır: Fotoşəkillər çəkilən zaman eko-skautun üzərində IDEA tərəfindən təqdim edilmiş xüsusi forma (Döş nişanı, emblem, papaq, bel çantası) olmalıdır, eko-skautların gördükləri əməlləri sübut edən fotoşəkillərin sayı 5-10 ədəd arası olmalıdır, fotoşəkillər keyfiyyətli və aydın olmalıdır, eko-skautlar fotoşəkillərlə bərabər gördükləri əməl haqqında 10-20 cümlədən ibarət mətn göndərməlidirlər.