Eko-skautun devizi: “TƏBİƏTİ QORUMAĞA HƏMİŞƏ HAZIR OL!”
Eko-skautun fəaliyyət prinsipləri:
- Təbiətlə dost ol, onu mühafizə et.
- Canlı aləmi dərindən öyrən və ətrafdakıların da diqqətini onlara yönəlt.
- Təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadə et.
- Həyat mənbəyi olan yaşıllıqları qoru.
- Ev heyvanlarına qarşı mərhəmət və qayğı ilə davran.
- Nəsli kəsilməkdə olan heyvanları mühafizə et.
- Əcnəbi dostlarını Azərbaycanın zəngin təbiəti və endem flora və faunası barədə məlumatlandır.
- Təbiəti gələcək nəsillərə korlamadan otür.
- Hər kəsi təbiətin mühafizəsinə dəvət et.
Eko-skaut təbiət qoynunda olarkən aşağıdakı prinsiplərə riayət etməlidir:
-
Səyahəti qabaqcadan planlaşdırın və hazırlaşın
- • Meşə və park qaydaları ilə tanış olun
- • Ekstremal hava şəraitinə, fövqəladə hallara və risklərə hazır olun
- • Öz qrupunuzun təhlükəsizliyini təmin edin
- • Öz fəaliyyətinizi planlaşdırın
Tullantıları lazımi qaydada yerləşdirin
- • Tullantıları maksimum azaldın
- • Plastik tullantıları qablaşdırın
Ərazini dəyişmədən tərk edin
- • Bitkiləri, qayaları və mədəni artifaktları necə tapmışdınızsa eləcə qoyub gedin
- • Bitkilərlə hörmətlə davranın:
- - Bitkiləri yığmaq (toplamaq) və ağac budaqlarını qırmaq olmaz
- - Ağacları zədələməyin
- - Yad bitkiləri və heyvanları əraziyə gətirməyin
- • Park mülkiyyətinə hörmətlə yanaşın
-
Ocağın zəzərli təsirlərini azaldın
- • Yalnız xüsusi hazırlanmış ocaq yerlərindən istifadə edin
- • Ocağı kiçik və təhlükəsiz saxlayın
- • Ocağın meşədəki tökülmüş yarpaqlara və otlara keçməsinin qarşısını alın
Torpaq örtüyü bərk olan yerlərlə səyahət et və çadır qurun
- • Yalnız nəzərdə tutulmuş və düşərgə ərazilərindən istifadə edin
- • Ətrafdakı bitki örtüyünə ziyan vurmayın
Heyvanlar aləminə hörmət edin
- • Vəhşi heyvanlardan təhlükəsiz məsafədə durun
- • Vəhşi heyvanları yemləməyə cəhd etməz olmaz
- • Ətirli ədviyyatlardan istifadə etməyin
- • Öz ev heyvanlarınıza nəzarət edin və onların vəhşi heyvanları narahat etməsinin qarşısını alın