Nyu Yorkda tezliklə yemək qalıqları ikinci bir həyat tapacaq. Bu yeni pilot layihə çərçivəsində onları bioqaz almaq məqsədi ilə Bruklin tullantılarının emalı zavoduna göndərəcəklər və bu atmosferə buraxılan parnik effekti yaradan qazların miqdarının azalmasına səbəb olacaq. Alınan qazdan 5000-ə yaxın evin qızdırılması üçün istifadə olunacaq. Zavod gündə 500 tona yaxın yemək qalıqlarını emal etmək imkanına sahib olacaq. Qalan hissə isə gübrə kimi istifadə olunacaq.
"Waste Management"-in (tullantıların toplanması üzrə məsul şirkət) nümayəndəsi Amar Raçelə görə üzvi tullantılarda əslində böyük enerji potensialı var.
Üzvi tullantılar şəhərin bütün tullantılarının təxminən 30%-ni təşkil edir. Onların emala başlanılması şəhər rəhbərliyinə əhəmiyyətli dərəcədə poliqonlara gedən tullantıların miqdarını azaltmaq üçün imkan yaradacaq.
Əgər layihə uğurlu alınarsa, onda şəhərin digər zavodları bu layihədə iştiraka cəlb olunacaqlar.