10 Aprel 2014

Sığınacaq və qütb ayılarının araşdırma sənəti

 

Hər il payızda Spitsbergen Arktik Arxipelaqında qütb ayıları dünyaya bala gətirmək və öz körpələrini həyatının ilk günlərində bəsləmək üçün yuvalar tikirlər. Ayıların nə qədər balası olduğunu və yuvaların harada yerləşdiyini bildiyimiz üçün sürətlə əriyən buzlaqların onların vəziyyətini necə çətinləşdirdiyini anlamaq mümkündür.

 

WWF, Canon və Norveç Qütb İnstitutunun (NQİ) ekspedisiya dəstələri bu il Spitsbergenin qütb ayılarını yuvalarında yaşamağa başladığı zamandan dəyişən şəraitə necə uyğunlaşdıqlarını müşahidə edəcəklər.

 

WWF və Canon ekspedisiya dəstələri bu əraziyə yalnız Arktika dəniz buzlaqlarının ən yüksək səviyyədə olduğu gündən bir həftə sonra gəlirlər, halbuki, bu səviyyə peyk qeydlərində ən aşağı beşinci dərəcədədir. Həmçinin son günlərdə araşdırmalar göstərir ki, Spitsbergen tədqiqat ərazisi 2050-ci ilin yayında artıq buzlaqsız olacaq.

 

“Biz bilmirik gələcəkdə bu ayıları nə gözləyir və ayılar dəniz buzlaqlarından uzun müddət ayrı qalsalar  nəsilartırma və ya xilas olma şansları çox az olar.” WWF-in qütb ayıları üzrə mütəxəssisi Geoff York, deyir.

 

Ayılar öz yuvalarından çıxan zaman onların ov etməsi üçün dəniz buzlaqlarına yaxın olması lazımdır. Digər məqam isə onlar buzların gec əridiyi şərqə tərəf üz tutmalarıdır. O cümlədən, Spitsbergen ayılarının ənənəvi məskunaşdıqları ərazilərdən Norveç adalarına köçməsi barədə bəzi sübutlar vardır.

 

WWF Niderlandın Arktika üzrə mütəxəssisi Gert Polet qeyd edir ki, sonuncu qışda ayı balalarının nə qədər və harada dünyaya gəlməsi WWF üçün çox əhəmiyyətlidir. O, həmçinin qeyd etmişdir ki, “Biz qütb ayılarının buzlaqların sürətlə əridiyi və qırıldığı əraziləri necə istifadə edəcəklərini görmək istəyirik”.

 

NQİ tədqiqatçıları ayıların növbəti ildə səyahət xəttini izləmək üçün dişilərin boyunlarına peyk halqaları taxacaqlar. Peyk məlumatları onların mövqelərini müqayisə etməklə qütb ayılarının buzlaq şəratinə necə və gələcək dəyişikliklərə uyğunlaşmasını izah etməyə kömək edəcək.

 

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul