İcmallar
Şahdağ Milli Parkında 3 zubr balası dünyaya gəlib

12 iyun 2023
İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən zubrların reintroduksiyası layihəsi çərçivəsində Şahdağ Milli Parkına yerləşdirilən zubr sürüsündə üç sağlam nəslin dünyaya gəlməsi ilə əlaqədar əhəmiyyətli artım baş verib.
Avropa zubru Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının yeni çapdan çıxmış 3-cü nəşrinə daxil edilib.
