İcmallar

Zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana daha 10 zubr gətirilib.

BlogImg
23 noyabr 2022

Bü gün, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana daha 10 zubr gətirilib.

Almaniyanın “Tierpark Berlin” zooloji parkından gətirilən daha 10 zubrla birlikdə hazırda Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisində zubrların sayı 41-dir.

Layihənin 2028-ci ilə qədər davam etdirilməsi və zubrların sayının 100 başa çatdırılması nəzərdə tutulur.

photo
photo
photo
Helper