Maraqlı faktlar
Adi Balıqcıl

Adi balıqcıl
Common Kingfisher
Alcedo atthis
Göygöl Milli Parkı
Quşlar sinfinin Göycəqarğakimilər dəstəsinin Zərricələr fəsiləsinə aid quş növüdür. Azərbaycanda geniş yayılmışdır, əsasən yavaş axan və ya sakit şirin sularda yaşayırlar.
Sərçədən bir qədər iridir. Üstü göyümtül-yaşıl, quyruqüstü parlaq-göy, boğazı oxra-ağımtıldır. Bədəninin altı paslı-kürəndir. Dimdiyi qırmızımtıldır. Uçuşu sürətlidır, tez-tez qanad çalır. Xırda balıqlar və su həşəratları ilə qidalanır.
