Maraqlı faktlar

Adi Bilibittan

BlogImg

Adi bilibittan

Eurasian wren

Troglodytes troglodytes

Zaqatala Dövlət Təbiət Qoruğu

Azərbaycanın bütün dağətəyi və dağlıq meşə sahələrinin yuxarı sərhədinədək olan ərazilərdə yayılıb. Qışda düzənliklərə və Xəzər dənizinin sahillərinə enib gəlirlər. Oturaq həyat tərzinə malik quşdur.
Cücüyeyən, gödək quyruğu olan kiçik, hərəkətli, meşə quşlarıdır. Əksər növlərin rəngi qəhvəyi-şabalıdıdır.

Respublikamızda olan ən kiçik quşlardan biridir. Demək olar ki, sərçədən kiçikdir. Erkəklərinin bədəninin uzunluğu 10,0–11,5 sm, dişilərininki 9,6–11,2 sm, qanadların uzunluğu uyğun olaraq erkəklərdə 5,4–6,0 sm, dişilərdə 4,4–4,8 sm, çəkiləri 7,5–11,5 qramdır. Qonur çilli, gödək dik quyruğu vardır. Çox hərəkətli və mürəkkəb bədənlidir.
Kolluqlarda və ya ağac kötükləri arasında, nadir hallarda ağaclarda yuva qururlar. Yuva yerdən 2–3 m (nadir hallarda 5 m-ə qədər) hündürlükdə qapalı və kürəşəkilli formada olur. Çoxalmağa apreldə başlayırlar. 3–9 (adətən 5–7) ağ xırda qırmızı çilli yumurta qoyurlar. Həşəratlar, onların sürfələri, molyusklarla qidalanırlar.

Helper