Maraqlı faktlar

Adi İlanyeyən

BlogImg

Adi ilanyeyən
Short-toed snake eagle

Circaetus gallicus

Şirvan Milli Parkı

Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilib.

Quşlar sinfinin Qızılquşkimilər dəstəsinin Qırğılar fəsiləsinə aid yırtıcı quş növüdür. Qobustanda, Zuvand çökəkliyində, Türyançay DTQ-də və Kiçik Qafqazın quraq iqlimə malik landşaftlarında yaşayır.

Bədəninin uzunluğu 60-70 sm, qanadlarının uzunluğu açılmış vəziyyətdə 170-190 sm olub, başı böyük, quyruğu uzun, gözləri sarıdır. Kürək-bel lələkləri bozumtul-qonur, qarın-döş lələkləri ağdır. Uçuş zamanı döşündə tünd ləkələr, qarın lələklərində köndələn zolaqlar aydın görünür. Kütləsi 1,5-2 kq-dır. Dişi quş
erkəkdən iridir.
Dağətəyi və aran rayonlarında seyrək ağacları və sərt qayaları olan açıq ərazilərdə məskunlaşır. Yuvalayan və uçub keçən növdür. Yuvalamaya apreldə başlayır, sentyabrda ölkə ərazisini tərk edir.