Maraqlı faktlar

Adi Payız Bülbülü

BlogImg

Adi payız bülbülü

European Goldfinch

Carduelis carduelis

Zəngəzur Milli Parkı

Quşlar sinfinin Sərçəkimilər dəstəsinin Hörücülər fəsiləsinə aid quş növüdür. Azərbaycanda geniş yayılmışdır, düzənliklərdən dağətəyi və dağlıq ərazilərə qədər rast gəlinir.

Bədən uzunluğu təxminən 12 sm, çəkisi 20 qramdır. Lələkləri parlaqdır. Başının ön hissəsi parlaq qırmızı, tacı və arxası qara, yanaqları ağdır. Qara qanadlarda geniş sarı zolaq mövcuddur, arxa kənarında qara və ağ xallar var; quyruğu qara, ucunda ağ ləkələr var. Dimdiyi qırmızımtıl-ağ rənglidir. Dişilər görünüşcə erkəklərdən demək olar ki, fərqlənmir.

Meşə və açıqlıqlarda yaşayırlar. Erkən yazdan etibarən köçəri dəstələr yaranır. Aprel ayında onlar cüt-cüt bölünür və yuva qurma yerləri axtarırlar. Çoxalma dövründə olan erkək fərdin üzündə qırmızı rəngdə ləkələr olur.

Onlar həşəratlar və bitki toxumları ilə qidalanırlar. Yay aylarında kiçik dəstələrdə toplanır və payızda tədricən cənuba doğru hərəkət edirlər.

 

Helper