Maraqlı faktlar

Adi Porsuq

BlogImg

Adi porsuq
European Badger

Meles meles

Qızılağac Milli Parkı


Məməlilər sinfinin Yırtıcılar dəstəsinin Dələlər fəsiləsinə aid heyvan növüdür. Azərbaycanda geniş yayılmış məməli heyvandır və düzənliklərdən dağ meşələrinə qədər bir çox təbii landşaftlarda rast gəlinir.

Bədəninin uzunluğu 60 sm, quyruğunun uzunluğu isə 25 sm-ə çatır. Bədəni enlikürək, qısa pəncəli, uzun barmaqlı, başı enli, kiçik, nazik sifətli, qulaqları böyükdür. Tükü qalın, uzun, tünd boz rəngdədir. Sifətində ağ haşiyəli qara maska var. Quyruğunda 5-7 enli qara və ya ağ həlqə mövcuddur. Pəncələri qısadır və barmaqlar yaxşı inkişaf edib. Xəzi sıx olub, qəhvəyi-boz rəngdədir. Yeraltı yuvalarda yaşayır. Bitki və heyvan mənşəli yemlərlə qidalanır.

Helper