Adi Qaşqaldaq

Adi Qaşqaldaq
Eurasian coot
Fulica atra
Korçay Dövlət Təbiət Qoruğu
Quşlar sinfinin Durnalar dəstəsinin Sığırçılar fəsiləsinə aid olan quş növüdür. Azərbaycanda yuvalayan, köçəri və qışlayan quşdur. İri və xırda sututarlarda, qamışlı göllərdə, çay mənsəbində, su anbarlarında yaşayır. Xəzər sahili boyu, Kür-Araz, Samur-Dəvəçi düzənliklərində, dağətəyi sahələrdə və Qızılağac Milli Parkında rast gəlinir.
Bədəninin uzunluğu 36–38 sm, çəkisi 0,4–1,1 kq, rəngi məxməri qara, qarnı boz çalarlıdır. Alnında çılpaq ağ dərili qaşqası var. Barmaqlarındakı üzmə pərdələri olduqca səciyyəvidir. Dimdiyi konusvari, ağdır. Suya yaxşı baş vurur və üzür, quruya nadir halda çıxır. Suda təhlükə hiss edəndə çıxıb qamışlıqlarda gizlənir.
Qaşqaldağın yaz uçub keçməsi mart-aprel aylarına təsadüf edir. Cütlər qamışlıq, çilik, su qamışı arasına girərək qamışdan, yarpaqdan yastı yuva qururlar. Aprelin əvvəllərində bozumtul-oxra rəngli 6-9 (bəzən 15) yumurta qoyur. Yuvalayan dəstələri oktyabrda və noyabrda yerlərini tərk edirlər. Su bitkiləri, nadir halda onurğasızlar və xırda balıqlarla qidalanırlar.
