Maraqlı faktlar

Adi Sincab

BlogImg

Adi sincab

Red squirrel

Sciurus vulgaris

Zaqatala Dövlət Təbiət Qoruğu

Məməlilər sinfinin Gəmiricilər dəstəsinin Sincablar fəsiləsinə aid heyvan növüdür. Ötən əsrin əvvəllərində Azərbaycana gətirilərək iqlimləşdirilmişdir.

Boyu 25 sm olur. Bədənlərinin arxasında, az qala öz boyları qədər uzun, yuxarıya doğru dayanan, geniş və gur tüklərdən ibarət quyruqları olur. Sincab bu uzun quyruğu sayəsində tarazlığı pozulmadan ağacdan ağaca atlayır.

Kiçik iti dırnaqları sayəsində ağaclara dırmaşa bilən sincab budağın üstündə qaça, baş aşağı yellənə və o şəkildə irəliləyə bilər. Bu zaman yastılaşan quyruqları isə həm tarazlıqlarını təmin edir, həm də istiqamətlərini nizamlayan bir sükan funksiyası yerinə yetirir. Hətta özlərini 9 metr yüksəklikdən boşluğa atıb dörd ayaq üzərində yerə yumşaq eniş edə bilirlər.

Helper