Maraqlı faktlar
Adi Tülkü

Adi Tülkü
Red Fox
Vulpes vulpes
Şirvan Milli parkı
Məməlilər sinfinin Yırtıcılar dəstəsinin Canavarlar fəsiləsinə aid heyvan növüdür. Azərbaycanın bütün bölgələrində rast gəlinir. Meşə və dağlıq ərazilərdə, o cümlədən açıq yerlərdə yaşayır və balalayırlar.
Bədəninin uzunluğu 90 sm, quyruğu isə 60 sm çatır. Uzunsov sifəti, böyük sivri qulaqları var. Belinin rəngi kürən, qarnı ağ, hərdən qara olur. Qidasını gəmiricilər, dovşanlar, quşlar, müxtəlif bitkilər, balıqlar, sürünənlər təşkil edir.
Tək həyat tərzi sürür, bala dünyaya gətirmək və böyütmək üçün cütlük yaradırlar. Hamiləlik dövrü 49-58 gün olur. 4-12 bala doğur.
