Maraqlı faktlar
Adi Zığ-zığ

Adi zığ-zığ
European Jay
Garrulus glandarius
Göygöl Milli Parkı
Quşlar sinfinin Sərçələr dəstəsinin Qarğalar fəsiləsinə qid quş növüdür. Azərbaycanda Qafqaz meşələrində rast gəlinir.
Bədəninin uzunluğu 34 sm, kütləsi 160 q-dək olur. Lələkləri yumşaqdır. Rəngi qırmızımtıl-boz, quyruğu qaradır. Qanadının üzərində qara xallı mavi ləkə, başında qara ləkəli kəkili var.
Ağacda yuva qurur. Yuvaya 5-7 yumurta qoyur. Toxum, giləmeyvə, palıd qozası və cücülərlə qidalanır. Ziyanverici cücüləri məhv etməklə fayda verir.
