Ağbaş Kərkəs

Ağbaş Kərkəs
Griffon Vulture
Gyps fulvus
Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilib.
Zəngəzur Milli parkı
Quşlar sinfinin Qızılquşkimilər dəstəsinin Qırğılar fəsiləsinə aid yırtıcı quş növüdür. Oturaqdır. Böyük və Kiçik Qafqaz dağlarında rast gəlinir.. D.s.-dən 200-3000 m hündürlükdə yayılıb.
Kütləsi 5-12 kq, bədəninin uzunluğu 93-110 sm, qanadlarının açılmış vəziyyətdə uzunluğu 234-269 sm-dir. Bədəninin üst tərəfi qonur, alt tərəfi kürən, çalma və sükan lələkləri qaradır. Cavanları daha tünd rəngdədir. Boynunun dibində lələklərdən ibarət «yaxalıq» var.
Quru iqlimli dağ dərələrində, kiçik mağaralarda yuvalayır. Mart-iyulda yuvalama düşərgələrində yuvalayır. 1-2 ədəd yumurta qoyub, 52-54 gün kürt yatır. Balalar 3 ay yuvada bəslənilir. İyun-iyulda bala yuvadan uçur. 4-5 yaşında cinsi yetişkənliyə çatır. Təbiətdə 40 ilədək yaşayır. Yemini heyvan leşləri təşkil edir. BQ və KQ dağlarında rast gəlinir.
