Maraqlı faktlar

Ağçöhrə Bayquş

BlogImg

Ağçöhrə bayquş

Barn owl

Tyto alba


Abşeron Milli Parkı

Quşlar sinfininin Bayquşkimilər dəstəsinin Əsl bayquşlar fəsiləsinə aid quş növüdür. Əsasən düzənlik və dağətəyi bölgələrdə, az sayda isə dağlıq ərazilərdə qeydə alınıb.

Uzunluğu 33-39 sm, qanadlarının açıqlığı 80-95 sm-dir. Çəkisi 187-700 qr arasında dəyişir. Bədəni incə, ayaqları uzundur. Lələkləri yumşaq və tüklüdür. Bədənin yuxarı hissəsi adətən oxra-qırmızı rəngdədir, eninə kül-boz zolaqlar və çoxsaylı kiçik tünd zolaqlar və ləkələr var.

Gecə həyat tərzi keçirir. Kiçik məməlilərlə qidalanırlar. İlin müxtəlif vaxtlarında çoxalırlar. Boş ağacdakı yuvaya, köhnə binaya və ya uçurumdakı çatlara dörd yumurta qoyur qoyurlar.

Helper