Maraqlı faktlar

Bataqlıq Belibağlısı

BlogImg

Bataqlıq belibağlısı

Сircus aeruginosus

Western marsh harrier

Ölkəmizdəki belibağlıların ən irisi və tünd rənglisidir. Bu quşu digər belibağlılardan fərqləndirən cəhət onda ağ quyruqüstünün olmamasıdır. Bədəninin ümumi uzunluğu 49-60 sm, çəkisi 500-700 qr-dır. Erkəyi üstdən şabalıdı-qonurdur. Bədəninin altı kürən, çillidir. Başı oxra rəngdədir. Dişi tünd-qonurdur.

Növün arealı Avropa, Asiya, Afrika, Avstraliya va Yeni Zelandiyadır. Azərbaycanda aran rayonlarında, bəzi yerlərdə dağətəklərində yayılıb. Oturaq hayat tərzi keçirir. Qamışlıq və hündür ot basmış su hövzələrinin sahillərində məskunlaşır.

Yuvasını su hövzələrinin yaxınlığındakı cəngəlliklərdə, yerdə qurur. Apreldə 4-6 göyümtül-ağ yumurta qoyur. Kiçik quşlar, yumurtalar, qurbağalar va gəmiricilərlə qidalanır.

Helper