Maraqlı faktlar

Bəbir

BlogImg

 

Bəbir

Leopard

 

Panthera pardus

 

Azərbaycan RespublikasınınQırmızı Kitab”ına daxil edilib.

Zəngəzur Milli Parkı

 

Məməlilər sinfinin Yırtıcılar dəstəsinin Pişiklər sinfinə aid heyvan növüdür. Hirkan meşələrində, Zəngəzur silsiləsində, Darıdağ, Nehrəmdağ Dərəşamda, Kiçik Qafqazda, Qarabağ yaylasında, Mingəçevir su anbarının şimalında, Axar-Baxar silsiləsində rast linir.

Uzun əzələli bədəni, güclü qolları vardır. Rəngi sarı, açıq-sarı ya qırmızımtıl-sarıdır. Xallarındüzülüşü hər bir fərddə individual xarakter daşıyır rozetlər şəklində bütün bədəndəyayılmışdır. Qarın hissəsi açıq rəngdədir. Quyruğun ucunda sıx qara halqalar vardır. Bədənuzunluğu 126-171, bəzən 183 sm, quyruq uzunluğu 94-116 sm olur. Bədən kütləsi orta hesabla 30 kq-dır. Qafqazda ən iri fərdlərə rast gəlinir.

Fərqli biotoplardaqayalıqlarda, ardıc kolları ilə örtülmüş quru landşaftlarda, qayalı-meşəliərazilərdə, rütubətli Hirkan meşələrində yaşayır. Cütləşmə dekabr-yanvarda baş verir, balalarəsasən aprel-mayda dünyaya gəlir, 2-3 bala doğur.

photo
Helper