Bərqud

Bərqud
Golden Eagle
Aquila chrysaetos
Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilib.
Zəngəzur Milli parkı
Quşlar sinfinin Qızılquşkimilər dəstəsinin Qırğılar fəsiləsinə aid yırtıcı quş növüdür. Oturaq növdür. Dağlarda yuvalayır. Qış vaxtı düzən yerlərdə rast gəlinir.
Erkək fərdin kütləsi 2,8-4,5 kq, dişinin kütləsi 3,6-6,6 kq-dır. Bədəninin uzunluğu 66-90 sm-dir. Qanadlarının açılmış vəziyyətdə uzunluğu 180-234 sm təşkil edir. Ümumi rəngi qonurdur, boynunun arxasında və peysərində qızılı-narıncı lələklər var.
Qayalarda və talalı meşələrdə d.s.-dən 1200-3100 m hündürlüklərdə məskunlaşır. 1-2 ədəd yumurta qoyub, 35-42 gün kürt yatır. Balanı yuvada 70-75 gün bəsləyir. 4-7 yaşında cinsi yetişkənliyə çatır. Yemini quşlar və kütləsi 5 kq-dək olan məməlilər təşkil edir.
