Bezoar Keçisi

Bezoar keçisi
Wild Goat
Capra aegagrus
Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilib.
Zəngəzur Milli parkı
Məməlilər sinfinin Cütdırnaqlılar dəstəsinin Boşbuynuzlular fəsiləsinə aid olan gövşəyən heyvan növüdür. Qarabağ yaylası, Şahdağ və Murovdağ silsilələri, Naxçıvan MR-də Zəngəzur və Dərələyəz dağ silsilələri, Nehrəmdağ, İlanlıdağ və Darıdağda rast gəlinir. D.s. 1500 m və daha çox yüksəkliklərdə yayılmışdır.
Yaşlı təkənin boyu 130-180 sm, quyruq uzunluğu 15-20 sm və kütləsi 50-85 kq-dır. Dişinin kütləsi isə 35-60 kq-dır. Quyruqları qısa, dik və yastılaşmış, alt tərəfi çılpaqdır. Ayaq dırnaqlarının altı çox kobud və düz qaya səthlərinə yapışmağa uyğunlaşmışdır. Erkəklərdə buynuzların maksimum uzunluğu 132 sm, dişilərdə isə 20-25 sm olur. Erkəklər gümüşü ağ rəngində olur, belləri boyunca qara zolaq uzanır. Dişilərin il uzunu rəngi kürən olur, belləri boyunca qara zolaq uzanır.
Doğum dövründə dişilər yaşlı erkəklərə nisbətən dağların ətəklərində yaşayır. Yaşlı dişilər 2, cavanlar 1, nadir hallarda 3 bala doğur.

