Maraqlı faktlar
Bığlı Arıquşu

Bığlı Arıquşu
Bearded Reedling
Panurus biarmicus
Şirvan Milli Parkı
Quşlar sinfinin Sərçəkimilər dəstəsinin Bığlı arıquşular fəsiləsinə aid quşdur. Azərbaycanda Kür-Araz ovalığında, Lənkəran düzənliyində yayılıb. Oturaq quşdur.
Bədəninin uzunluğu 15,0–17,0 sm, çəkisi 8–9 qr-dır. Quyruğu pilləvaridir, uzunluğu 8,8–10,7 sm-ə çatır. Qanadı dəyirmi və nisbətən qısadır. Konus formalı dimdiyi, möhkəm caynağı olan ayaqları var.
Çay və göl sahillərinin qamışlıqlarında yaşayır. Yuvasını da qamışlıqda qurur. Kürə şəkilli, yandan girişi olan yuvası olur.
Martın sonuna yaxın yumurtlamağa başlayır. 4–8 yumurtası olur. Qışda dəstə halında uçuşlarını müşahidə etmək olur. Həşəratlar və qamış toxumları ilə qidalanırlar.
