Boz Canavar

Boz Canavar
Grey Wolf
Canis lupus
Şirvan Milli Parkı
Məməlilər sinfinin Yırtıcılar dəstəsinin Canavarlar fəsiləsinə aid heyvan növüdür. Azərbaycanın əksər rayonlarında, xüsusilə Qazax, Zaqatala, Şamaxı, Biləsuvar, Lənkəran, Şəki və Ağdamda rast gəlinir. Xəzər dənizinin Qızılağac Körfəzi sahillərində və Kür-Araz ovalığında, Hirkan Milli Parkında sıx müşahidə edilir. Yüksək dağlıq ərazilərədək məskan sala bilirlər.
Bədənin uzunluğu 100-140 sm, quyruğu 30-50 sm, hündürlüyü 80-100 sm, çəkisi 30-80 kq olur. Başı və sifəti uzunsovdur, dişləri itidir. Qulaqları dik və sivridir. Çox iti iybilmə qabiliyyəti vardır. Tükü boz, qışda yaya nisəbətən daha qalın olur. Gecələr aktiv olurlar. Erkək canavar dişidən iridir. Monoqam heyvanlardır. Aprel-may aylarında dişi canavar 4-8 bala gətirir.
Qışda əsasən dırnaqlı heyvanlarla, yayda isə xırda onurğalılarla, həşəratlarla və giləmeyvələrlə qidalanırlar.
