Maraqlı faktlar
Boz Dovşan

Boz Dovşan
European hare
Lepus europaeus
Korçay Dövlət Təbiət qoruğu
Məməlilər sinfinin Dovşankimilər dəstəsininin Dovşanlar fəsiləsinə aid olan heyvan növüdür. Azərbaycanda bütün coğrafi vilayətlərdə yayılmışdır
Bədən uzunluğu 57-68 sm, çəkisi 4-6 kq, nadir hallarda 7 kq-a çatır. Uzun qulaqları və üst tərəfdən qara və ya qaramtıl-qonur rəngli uzun pazşəkilli quyruğu ağ var. Gözləri qırmızımtıl-qəhvəyi rəngdədir.
Arxa ətrafları daha uzundur, lakin pəncələri qısa və dardır. Gözün ətraflarında iri halqalar var. Xəzi parıltılı, yumşaqdır. Payızda yay tük örtüyü tədricən tökülür, onun əvəzinə sıx və qalın qış tük örtüyü çıxır.
