Maraqlı faktlar
Boz Vağ

Boz Vağ
Grey egret
Ardea cinerea
Qızılağac Milli Parkı
Quşlar sinfinin Leyləkkimilər dəstəsinin Vağlar fəsiləsinə aid quş növüdür. Azərbaycanda geniş yayılmışdır, şirin sularda, bataqlıqlarda, çaylarda, göllərdə və su anbarlarında, həmçinin sahil ərazilərində də rast gəlinir. Oturaq quşdur. Koloniya halında yaşayırlar.
Uzun ayaqlı, uzun boyunlu, yuxarısı boz, aşağısı ağ, qara işarələri olan və kifayət qədər uzun, iti dimdiyi olan bir quşdur. Olduqca böyükdür: yetkin erkək 2 kq-a qədər çəkiyə malik ola bilər. Dişiləri bir qədər kiçikdir.
Əsas ovunu xırda balıqlar və müxtəlif su onurğalıları, həşəratlar, molyusklar, xərçəngkimilər və digərləri təşkil edir.
