Maraqlı faktlar

Boz Yapalaq

BlogImg

Boz yapalaq

Tawny Owl

Strix aluco

Hirkan Milli Parkı

Quşlar sinfininin Bayquşkimilər dəstəsinin Əsl bayquşlar fəsiləsinə aid quş növüdür. Azərbaycanda əsasən dağlıq və dağətəyi bölgələrdəki meşəliklərdə, o cümlədən Talış meşələrində rast gəlinir. Oturaq quşdur.
İri ölçülü bayquşdur. Bədəninin uzunluğu 40–65 sm, qanad çalarkən uzunluğu 90–105 sm, adi halda isə 23–24 sm, çəkisi 450–685 qr-dır. Üz diski yaxşı inkişaf edib. Barmaqları caynaqlarına qədər lələklənib. Quyruğu gödəkdir, gözləri qaradır. Yalnız gecələr fəal olurlar..
Martda ağaclarda yuva qurur. Apreldə yuvada 3–4, bəzən 2–6 ağ yumurtası olur. Xırda gəmiricilərlə, qışda isə quşlarla qidalanır.

Helper