Çay qaraquşu (Balıqcıl qaraquş)

Çay qaraquşu (Balıqcıl qaraquş)
Osprey
Pandion haliaetus
Hirkan Milli Parkı
Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilib.
Quşlar sinfinin Qızılquşkimilər dəstəsinin Çay qaraquşları fəsiləsinə aid yırtıcı quş növüdür. Xəzər sahili boyu, Lənkəran ovalığı, Kür, Araz, Samur, Türyançay, Qabırrı çayları boyu, Qızılağac Milli Parkında yuvalayır.
Dişinin kütləsi 1,6-2,0, erkəyin kütləsi 1,2-1,6 kq-dır. Bədəninin uzunluğu 55-58 sm, qanadlarının açılmış halda uzunluğu 145-170 sm-dir. Bədəninin üst lələkləri qonur, baş, döş və qarın lələkləri ağ rəngdədir.
Balıqla zəngin su-bataqlıq sahələrində, düzəndə və dağlarda rast gəlinir. Mart-aprel aylarından oktyabradək qeydə alınır. Bəzən qış mövsümündə də müşahidə edilir. Ağacda, bəzən qayada yuva qurur.
