Çəhrayı Qutan

Çəhrayı Qutan
Great white Pelican
Pelecanus onocrotalus
Şirvan Milli Parkı
Quşlar sinfinin Qutankimilər dəstəsinin Qutanlar fəsiləsinə aid quş növüdür. Xəzərin sahil sularında, Böyük və Kiçik Qızılağac körfəzlərində, Kür-Araz və Samur-Dəvəçi ovalıqlarının su hövzələrində qışlayır. Az rast gəlinən növdür.
Ümumi rəng fonu çəhrayı çalarlı ağ, qanadlarının ucu qaradır. Başında kiçik kəkili var. Suda üzərkən boynunu geriyə qatlayır. Bədəninin uzunluğu 135-175 sm, dimdiyinin uzunluğu 29,0-47,0 sm, qanadlarının açılmış vəziyyətdə uzunluğu 270-360 sm-dir. Qışın sərtliyindən asılı olaraq sayında kəskin artıb azalmalar qeydə alıınır.
Balıqla zəngin olan iri su hövzələrinin dayaz yerlərində məskunlaşır, qamışlıqda və kolluqda yuvalayır. Qışlayan və ötüb keçən quşdur. Oktyabr-dekabrda uçub gəlir və mart-apreldə gedir.
