Çöl Sarı

Çöl sarı
Long-legged Buzzard
Buteo rufinus
Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın Çəhrayı Siyahısına daxil edilib.
Şirvan Milli Parkı
Quşlar sinfinin Qızılquşkimilər dəstəsinin Qırğılar fəsiləsinə aid yırtıcı quş növüdür. Azərbaycanda Qobustanda, Bozdağda, Kiçik Qafqazın dağətəyi, qismən də orta dağlıq hissəsində, Naxçıvanda Arazboyu düzənliyində və orta dağ yamaclarında, eləcə də, Talış dağ bozqırlarında yayılıb.
Bədənin uzunluğu 57-65 sm, qanadlarının uzunluğu isə 135-160 sm-dir. Bədəninin uzun olması və qanadların açıq forması ona qartal kimi görünüş verir. Adi sarla müqayisədə daha böyükdür.
Quraq iqlimli yarımsəhra və bozqır landşaftlarında yaşayır. Yemini havadan baxmaqla tapır. Əsas qidası qurbağalar, sürünənlər, gəmiricilər, bəzən də xırda məməlilər və quşlardır.

