Çöl Leyi

Çöl leyi
Pallid Harrier
Circus marcourus
Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilib.
Quşlar sinfininin Qızılquşkimilər dəstəsinin Qırğılar fəsiləsinə aid olan yırtıcı quş növüdür. Xəzər sahili boyu, Arazboyu düzənlikdə, Böyük və Kiçik Qafqazın dağətəyi, Naxçıvan MR-nın orta dağlıq, Talış dağ bozqır sahələrində rast gəlinir. Sayı azdır, tək-tək fərdlər qeydə alınır.
Kütləsi 0,3-0,6 kq, bədəninin uzunluğu 43-53 sm, qanadlarının uzunluğu açılmış vəziyyətdə 34-37 sm-dir. Erkəyinin bel tərəfi mavi-boz, döşü, qarnı və qanadlarının altı təmiz ağ, dişisinin bel tərəfi tutqun rənglidir.
Göl, çay və bataqlıqların yaxınlığındakı açıq sahələrdə rast gəlinir. Ötüb keçən quşdur, nadir halda qışlayır. Yuvalaması az sayda ehtimal edilir. Yaz köçü martın sonu-apreldə, bəzən daha gec və payız köçü sentyabr-oktyabrda qeydə alınır
