Maraqlı faktlar

Qonur Ayı

BlogImg

Qonur Ayı

Brown Bear

 

Ursus arctos

 

Göygöl Milli Parkı

 

Məməlilər sinfinin Yırtıcılar dəstəsinin Ayılar fəsiləsinə aid olan heyvan növüdür. Azərbaycanda arealı Böyük və Kiçik Qafqaz, Talış dağlarını, dağətəyi əraziləri əhatə edir.

Bədəninin uzunluğu 1,7-2,2 m, kütləsi 100-340 kq olur. Uzunsov sifətli, balaca gözlü və quyruğuqısadır. Tükü qalın, boz rəngdədir. Köpək dişləri möhkəm, azı dişlərinin tacı enli və yastıdır. Bu, yeməyin qarışıq olması ilə əlaqədardır. Burnu yaxşı inkişaf edib, iybilmə qabiliyyəti var. Pəncələri iri, möhkəm, beş barmaqlı, caynaqları möhkəm, bükülmüş şəkildədir. Başqa yırtıcı məməlilərdən fərqli olaraq, ayılarda mimika demək olar ki, yoxdur. Meşə heyvanıdır. 

Mövsümdən asılı olaraq, həm bitki, həm də heyvanlarla qidalanırlar. Adətən 2-3, bəzən isə 5 bala dünyaya gətirirlər.

photo