Maraqlı faktlar

Göyərçə Qağayı

BlogImg

Göyərçə Qağayı
Slender Billed Gull

Chroicocephalus genei

Abşeron Milli Parkı

Quşlar sinfinin Cüllütkimilər dəstəsinin Qağayılar fəsiləsinə aid quş növüdür. Əsasən Xəzər dənizinin sahilində, laqunlarda rast gəlinən sahil quşlarıdır.

Bədənin uzunluğu 39-47 sm arasında dəyişir, qanadlarının açıqlığı 97 sm-dir. Başı ağ, qanadları və arxası isə boz rəngdədir. Qanadların ucları qara, quyruğunda isə qara və ağ zolaqlar var. Dimdik sarı-narıncı, ayaqları isə sarıdır.

Laqunlar, sahil yaxınlığındakı kiçik adalar və duzlu göllərdə koloniyalar şəklində yuva qururlar. Dişilər 2-3 yumurta qoyurlar. Kiçik balıqlarla, müxtəlif xərçəngkimilərlə qidalanır.

Helper