Maraqlı faktlar
Güləyən ördək

Güləyən ördək
Common Goldeneye
Bucephala clangula
Quşlar sinfinin Qazkimilər dəstəsinin Ördəklər fəsiləsinə aid quş növüdür. Azərbaycanda köçəri növdür. Kürün aşağı axarı göllərində və Xəzər dənizinin sahillərində yayılıb. Payız köçü noyabr–dekabr aylarında, yaz köçü isə mart ayında baş verir.
Mövsümdən və cinsindən asılı olaraq çəkisi 400-1400 qr arasında dəyişir. Başı böyük, boynu qısa və nazikdir. Suya şaquli vəziyyətdə yaxşı baş vura bilir. Erkəyini digər ördəklərdən döşünün qara rəngi ilə, qanadında ağ güzgüləri və qara rəngli başındakı yaxşı görünən ağ ləkəsi ilə fərqləndirmək olur. Molyusklar və həşərat sürfələri ilə qidalanır.
