Maraqlı faktlar
Harayçı Qu quşu

Harayçı Qu quşu
Whooper Swan
Cygnus cygnus
Abşeron Milli parkı
Quşlar sinfinin Qazkimilər dəstəsinin Ördəklər fəsiləsinə aid quş növüdür. Azərbaycana qışlamaq üçün gəlir və buradan keçən miqrant populyasiyası da var. Əsas qışlama yeri Xəzər dənizi və düzənlik rayonlarda olan böyük hövzələrdir. Adətən dekabr ayında gəlir, fevralda-martda uçub gedir.
Uzunluğu 140-160 sm, qanadlarının genişliyi 205-235 sm-dir. Çəkisi 8-15 kq arasında dəyişir. Rəngi qar kimi ağdır. Dimdiyi qaradır, yalnız ucu sarıdır. Boynunu dik saxlayır. Dimdiyinin sarı hissəsi üçbucaq formalı qara rəngə daxil olur; qara və sarı rənglərin birləşməsi iti bucaq əmələ gətirir.
