Maraqlı faktlar
İri Qarabatdaq

İri Qarabatdaq
Great Cormorant
Phalacrocorax carbo
Qızılağac Milli parkı
Quşlar sinfinin Qutankimilər dəstəsinin Qarabatdaqlar fəsiləsinə aid quş növüdür. Azərbaycanda geniş yayılmışdır, əsasən çaylar, göllər, su anbarları və bataqlıqları boyunca, xüsusən də Xəzər dənizinin sahillərində rast gəlinir
Bədəninin uzunluğu 90 sm, qanadları açılı vəziyyətdə 160 sm, kütləsi 3,5 kq-a çatır. Ucu əyri dimdiyi, uzun boynu və böyük qara kəkili olur. Rəngi əsasən yaşıl çalarlı qaradır. Boğazı və yanağı ağ rəngdədir. Bəzi böyük fərdlərin başı və boynu boz rəngdə olur. Cavan quşların boz-qonur rəngdə olub qarınları ağ olur.
