Maraqlı faktlar
Kiçik Ağ Vağ

Kiçik Ağ Vağ
Little egret
Egretta garzetta
Qızılağac Milli Parkı
Quşlar sinfinin Leyləkkimilər dəstəsinin Vağlar fəsiləsinə aid orta ölçülü su quşudur. Avropada köçəri quşdur. Sakit və ya yavaş axan su hövzələrinin ətrafında, çay vadilərində, dayaz göllərdə, bataqlıqlarda rast gəlinir.
Görünüşünə görə Böyük ağ vağa bənzəyir, lakin daha kiçik ölçüsü, boynunda və sinəsində uzanan lələkləri, dimdiyi və ayaqlarının rənginə görə fərqlənir.
Koloniyalarda, tez-tez qarabatdaqlar və ya digər vağlarla birlikdə yuva qurur. Əsasən xırda balıqlarla yanaşı, həşəratlar, qurbağalar, molyusklar və bu kimi heyvanlarla da qidalanır.
