Kiçik Ərəbdovşanı

Kiçik ərəbdovşanı
Small Five-toed Jerboa
Allactaga elater
Şirvan Milli Parkı
Məməlilər sinfinin Gəmiricilər dəstəsinin Ərəbdovşanları fəsiləsinə aid heyvan növüdür. Azərbaycanda əsasən Kür-Araz ovalığında, Abşeron yarımadasında, bəzən isə dağətəyi rayonlarda təsadüf olunur.
Kiçik ölçülü, bədən uzunluğu 5-15 sm, quyruğu 7-25 sm və çəkisi 44-73 qr-dır. Quyruğu uzun, arxa ayaqları iridir. Bədənin arxa hissəsinin rəngi boz rəngdədir. Yanları açıq, bozumtul-sarı rəngdədir. Boynu, sinəsi və qarnı qar kimi ağdır. Uzun bığları var. Pəncələrinin beş barmağı var.
Saatda 48 km-ə qədər sürətlə hərəkət edir. Müxtəlif otlar, toxumlar və həşəratlarla qidalanır. Alaqaranlıqda və gecə aktiv olmaqla gizli həyat tərzi sürür. Yuvalarda yaşayır. Təxminən dörd ay (noyabrın ortalarından martın ortalarına qədər) qış yuxusuna gedir. Çoxalma dövrü qış yuxusundan sonra başlayır. İldə 2-3 bala verir, hər doğumda 2–6 bala verir.
