Maraqlı faktlar

Kiçik Qayalıq Cilovlusu

BlogImg

Kiçik qayalıq cilovlusu

Western rock nuthatch

Sitta neumayer

Zəngəzur Milli Parkı

Quşlar sinfinin Sərçəkimilər dəstəsinin Sittalar fəsiləsinə aid quş növüdür. Azərbaycanda Xəzər dənizi səviyyəsindən 2000 m-ə qədər (Kiçik Qafqazda) hündürlükdə olan yamaclarda və çılpaq dağlarda yayılıb. Qayalarda, yarğanlarda və daşlıqlarda yaşayır. Qaya çatlarında gildən özünə yuva tikir. Oturaq quşdur.

Olduqca diri, cəld və hərəkətli quşdur. Bu növ caynaqları ilə daş çıxıntılarından möhkəm yapışaraq sərt qayalara dırmaşır. Yarğanlarda, dağların çılpaq yamaclarında və daşlıqlarda məskunlaşır.

Helper